Taxıl toxumları xəstəliklərə qarşı dərmanlanır
2022-08-18 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin mütəxəssisləri tərəfindən 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında səpiləcək payızlıq taxıl toxumlarının təmizlənməsinə, kondinsiyaya çatdırılmasına və geniş spekterli insekto-fungisidlərlə dərmanlanması prosesi həyata keçirilir. Bu günədək rayon üzrə 1250 ton toxum Toxum Emalı Zavodunda təmizlənmiş, xəstəlik və zərərvericilərə qarşı kompleks şəkildə dərmanlanıb. Dərmanlamada imidacloprid, klotianidin, tiabendazol və tebuconazol tərkibli preparatlardan istifadə edilmişdir. Hazırda dərmanlama prosesi davam edir. Bununla yanaşı fermerlər tərəfindən rayonun dəmyə əkin ərazilərində müasir tipli toxum dərmanlayan aparatlardan istifadə olunmaqla toxumların kompleks dərmanlanması həyata keçirilir. Tədbir çərcivəsində fermerlərin maariflənməsi məqsədilə Şəki Toxum Emalı Zavodunda fermerlərin iştirakı ilə “Taxıl toxumlarının dərmanlanması sahələrdə fitosanitar sabitliyin yaranmasında başlıca amildir” mövzusunda AXA-nın BMFM-nın Şəki Rayon Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. Təlimdə Şəki Regional Təlim Mərkəzinin əməkdaşları, fermerlər iştirak etmiş və onları maraqlandıran suallar ətraflı izah edilmişdir. Həmçinin təlim iştirakçıları Toxum Emalı Zavodunda iş prosesi ilə yaxından tanış olublar.
Toxumların səpinqabağı geniş spektrli fungisidlərlə dərmanlanması nəticəsində toxumlar torpaq infeksiyalarından qorunmaqla yanaşı bitkilərin stressə qarşı dözümlülüyü, kök sisteminin qışa davamlılığı yüksəlir və kök sisteminin kütləsi artır. Təsiredici maddələri fludioksonil, difenokonazol və tebukonazol olan fungisidlər toxumları qar kifi, fuzarioz və helmintosporioz kök çürümələri, toxumların kiflənməsi, bərk sürmə, qara rüşeym, septorioz və s. xəstəliklərdən mühafizə edir.
Toxumun dərmanlanmasına Selest top 1.5 kq/ton (262.5 q/l tiametoksam+25 q/l difenokonazol+25 q/l fludioksonil), Divident 0.36 FS (92.3 q/l tiametoksam+36.92 q/l difenokonazol+3.08 q/l mefonoksam), Vitavaks 75% (karboksin 200q/l+tiram 200 q/l) preparatlarının istifadəsi tövsiyə olunur. Bir ton toxumun dərmanlanması üçün sərf olunan 10 litr işçi məhlulun alınması üçün 100-200 qram PVS və ya 1.0-1.5 litr kompleks gübrə, lazimi miqdarda fungisid və ya insekto-fungisid və su əlavə olunur.
Aqrar Xidmətlər Agentliyi toxum istehsalçılarına toxumun dərmanlanması zamanı məsləhət və tövsiyələr almaq üçün Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır