Günəbaxan nümayiş sahəsində fermerlərə təlim keçirilib
2022-08-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi, Dövlət Aqrar İnkişaf Mərkəzinin və BMT-nin Ərzaq və Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Samux rayonu Sərkar kəndində “Aqrar informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi layihəsi” çərçivəsində günəbaxan nümayiş sahəsində fermerlərə təlim keçirilib. Tədbirdə Aqrar Təlim Mərkəzinin rəhbəri Azər Sərdarlı çıxış edərək regionlarda təlim mərkəzlərinin təlimçiləri tərəfindən 56 rayonda fermerlərə çoxsaylı təlimlərin keçirilməsi barədə ətraflı məlumat verib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov “Aqrar informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi layihəsi”nin əhəmiyyəti barədə ətraflı məlumat verərək, məhsul istehsalının artırılmasında yeni innovativ texnalogiyaların tətbiqinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb.
Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov fermerlərin bölgədə günəbaxan bitkisinin əkininə maraqlarının artdığını və bunun da arıçılığın inkişafına müsbət təsir göstərdiyini bildirib. O, həmçinin torpağın gübrəyə olan təlabatının müəyyənləşməsində torpaq analizinin vacibliyini qeyd edib. Tədbirdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır