Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə dair təlimlər keçirilib
2022-04-08 00:00:00
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqla əlaqədar Bərdə və Şəmkir rayonlarında çəyirtkəkimilərin məskunlaşdığı əsas 14 rayon üzrə Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssislərinə “Çəyirtkəkimilərin bioekologiyası, monitoringi, idarə edilməsi və dərmanlamaların mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılması (ASDC) və idarə edilməsi (CCALM) sistemləri” mövzusu üzrə təlim keçirilib. Təlimdə AXA mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilər haqqında ümumi məlumat, yayılması və həmçinin FAO-nun “Qafqazda və Mərkəzi Asiya (QMA) ölkələrində milli və regional səviyyədə çəyirtkəkimilərə qarşı mübarizənin yaxşılaşdırılması üzrə proqramı çərçivəsində 2011-2021-ci illərdə ölkəmizdə çəyirtkəkimilərin idarə edilməsi üzrə görülən tədbirlər və davamlı regional əməkdaşlığın inkişaf etdirilməsi”, “Çəyirtkələrin biologiyası, ekologiyası və monitorinqi, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) və Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin idarə edilməsi (CCALM) sistemi, “Çəyirtkələrə qarşı dərmanlamalarda pestisidlərin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC)”, “Çəyirtkələrlə mübarizədə yerüstü UKH çiləmələrin səmərəli tətbiqi və Mikroner çiləyicilərin üstün cəhətləri” mövzuları üzrə təqdimatla çıxış edərək ətraflı məlumat verilib. Həmçinin çiləyici aqreqatların kalibrləşdirilməsi üsulları praktiki olaraq nümayiş etdirilib.
Təlimlərdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması ilə bağlı məsləhət və tövsiyələr verilib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır