Pilot rayonlarda heyvanların identifikasiyası həyata keçirilir
2022-04-14 00:00:00
Azərbaycan Respublikasının Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasının təmin edilməsi tapşırılıb. İdentifikasiyanın həyata keçirilməsində məqsəd hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” nəzarətinə nail olmaqdır.
Bununla əlaqədar olaraq kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılması və tətbiqi üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”na uyğun olaraq müvafiq proqram təminatı hazırlanıb və təlimlər keçirilib
Heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib. Həmin ərazilərdə baytarlıq fəaliyyəti ilə məşğul olan 29 özəl baytar həkimi ilə heyvanların birkalanması və həmin heyvanlar barədə toplanan məlumatları sistemə daxil etmək üçün xidməti müqavilə bağlanılıb. Onlara təlimlər keçirilib, lazım olan avadanlıq və ləvazimatlarla təmin olunublar.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndələri və özəl baytar həkimlərin iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində fərdi heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və məlumatların sistemə daxil edilməsi prosesi həyata keçirilib.
Ümumiyyətlə bugünədək Abşeron rayonu üzrə 20 176 baş, Sumqayıt şəhəri üzrə 3 210 baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu heyvan birkalanıb, təsərrüfat və heyvanlar haqqında məlumatlar heyvanların identifikasiyası və qeydiyyat sisteminə daxil edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır