Yonca bitkisinin təhlükəli zərərvericisi olan fitonomusa qarşı mübarizə tədbirləri necə aparılmalıdır
2022-04-27 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində yonca sahələrinin əsas zərərvericisi olan fitonomusa qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla ən təhlükəli zərərverici hesab olunur.Fitonomus əsasən yoncalıqda, şaxta tutmayan yerlərdə torpağın üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerində temperatur 120C-dən yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır.
Bu sürfələr mart ayının ortalarından iyun ayının əvvəllərinə qədər inkişaf edir. Bununla əlaqədar olaraq puplara az miqdarda may-iyun aylarında, cavan böcəklərə isə may ayından etibarən təsadüf edilir. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək, cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib onları gəmirir. Sürfələr tədricən böyüyüb,açıq-yaşayış dövrünə keçərək açılmış yarpaqlarla qidalanır.15-28 gündən sonra sürfə bir neçə yarpağı bir- birilə birləşdirib, arasında tordan barama hörür və onun içərisində pup halına keçir. Pupun inkişafı 6-11 gün davam edir, onlardan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq kölgə yerlərdə (bağlara, kolluqlara, tökülmüş yarpaqların altına və. s ) girib yay yuxusuna gedir. Fitonomus sürfə mərhələsində daha çox zərər vurur. Sürfələr yoncadan başqa heç bir bitki ilə qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalır və onun keyfiyyəti xeyli pisləşir.
Mübarizə tədbirləri :
Aqrotexniki tədbirlər
Yonca sıx yetişdirilməlidir. Belə şəraitdə günəş şüaları torpağa çatmadığı üçün yumurta və süfrə inkişafı ləngiyir
Biçimdən 1 həftə əvvəl sulama tepmraturu azaldaraq süfrə və yumurta inkişafını ləngidir
Biçimdən sonra 7-10 gün tarlanın suvarılmaması günəş şüasının süfrələrə birbaşa təsirinə kömək edərək məhv olmasına səbəb olur
Birinci biçimi 10-15 gün daha tez aparılmalıdır
Birinci biçimi aparılmış yoncanın tarladan kənarda qurudulmalıdır
Kimyəvi mübarizə tədbirləri
Zeta–Sypermetrin 100 qr/l (0,15-0,2 l/ha), Deltamethrin 100 qr/l (0,15-0,2 l/ha), Sypermetrin 250 qr/l (0,24 l/ha) tərkibli preparatların birindən istifadə etməklə vegetasiya müddətində çiləmə aparılır.
Bioloji mübarizə tədbirləri
Minici Konidia exiqua Gerv tüfeylisindən və Tarichum phytonomi Jacz göbələyindən istifadə olunması fitonomus sürfələrini məhv edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır