Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib
2022-04-28 00:00:00
Hacıqabul rayonunda çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib.Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi, rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları və DAİM-in nümayəndələri iştirak edib. Tədbirdə AXA-nın sədri Mirzə Əliyev bildirib ki, əsas məqsəd cari ildə xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək üçün onların yayılma arealını müəyyən etmək, bölgələrdə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, aparılacaq mübarizə işlərinin həcminin müəyyənləşdirilməsinə dair proqnoz məlumatlarının dəqiqləşdirmək, zərərvericilərin küpələrini aşkar etmək, küpələrdəki yumurtaların bioloji vəziyyətini öyrənmək, texnika və avadanlıqları hazır vəziyyətə gətirməkdən ibarətdir.
Qeyd edib ki, hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş, Asiya və İtaliya çəyirtkələrinə rast gəlinir. Ölkəmizdə Mərakeş çəyirtkəsi geniş yayılmış və əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum və Acınohur əraziləridir. Ötən il respublikada dövlət büdcəsinin vəsaiti hesabına 176103 hektar ərazidə müşahidə, sürfə və yetkin fərdlərinə qarşı 29844 hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri, əsasən Tovuz, Ağstafa, Samux, Şabran, Saatlı, Sabirabad, Biləsuvar və İmişli rayonlarının ərazilərində aparılıb. Dünyada baş verən qlobal iqlim dəyişikliyi ilə əlaqədar çəyirtkəkimilərin miqrasiyası, yayılma ərazilərinin vaxtında müəyyən edilməsində və yeni innovativ texnologiyaları tətbiq etməklə onlara qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasında Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşlarının üzərinə böyük vəzifələr düşür. Bununla əlaqədar AXA-nın mütəxəssisləri tərəfindən çəyirtkəkimilərin məskunlaşdığı əsas rayonlar üzrə Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssislərinə “Çəyirtkəkimilərin bioekologiyası, monitorinqi, idarə edilməsi və dərmanlamaların mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılması (ASDC) və idarə edilməsi (CCALM) sistemləri” mövzusu üzrə təlimlər keçirilib.
Tədbirdə çəyirtkəkimilərlə sirayətləmiş ərazilərdə mübarizə işlərinin səmərəli və mütəşəkkil təşkili üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən mobil ultra kiçik həcmli çiləyici aqreqatlarla təchiz olunmuş 20 ədəd Mitsubishi-L200 markalı avtomaşın, iri tutumlu yerüstü çiləyicilər qoşulmuş 10 ədəd MTZ-892 markalı traktor, 2 ədəd su avtomaşını, geyim dəstləri, toplanılmış məlumatların avtomatlaşdırılmış və idarəetmə sistemlərinə daxil olunması məqsədilə 2 ədəd müasir avadanlıqlarla təmin olunmuş “səyyar xidmət” mikroavtobusu, 4 ədəd dron və yanacaq çəni sirayətlənməyə yaxın olan ərazilərə dislokasiya olunub. Həmçinin kimyəvi mübarizə işlərində istifadə olunacaq preparatlar və digər vasitələr təhlükəsizlik qaydalarına əməl oluması məqsədilə digər vasitələrlə təmin olunub.
Qeyd olunan ərazilərdə çəyirtkələrin mövcud bioloji inkişaf səviyyəsi nəzərə alınmaqla, aprel ayının üçüncü ongünlüyündən etibarən mübarizə tədbirlərinə başlanılması nəzərdə tutulur.
Mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar sazlanaraq hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Tədbir iştirakçıları tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mübarizəyə cəlb olunan texnika və avadanlıqlara baxış keçirilib və proses əyani nümayiş olunub.
Sonda AXA sədri Mirzə Əliyev çəyirtkələrin kənd təsərrüfatı bitkilərinə vuracaq ziyanın vaxtında qarşısının alınması və mübarizə tədbirlərinin səmərəli həyata keçirilməsi məqsədilə iştirakçılara tapşırıq və tövsiyələrini verib. Mütəxəssisləri maraqlandırılan suallar cavablandırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır