Sabirabadda “Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib
2022-06-17 00:00:00
Sabirabad rayonunda “Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (Zərərsizləşdirmə) rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov pambıq sahələrindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün zərərverici və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, pambıq bitkisinin müxtəlif inkişaf fazalarında sahələr zərərvericilərlə, xüsusən mənənələr, tütün tripsi, tor (hörümçək) gənəciyi, pambıq sovkası ilə sirayətlənir. Hazırki inkişaf mərhələsində (qönçələmə) pambıq sahələrinə əsasən tor gənəciyi zərərvericisi ziyan vurur. Şəraitdən və ərazinin coğrafi vəziyyətindən asılı olaraq, tor gənəciyi il ərzində 15-18 nəsil verir. Havanın kəskin soyuması güclü yağışlarla müşahidə olunduqda gənəciyin miqdarı əhəmiyyətli dərəcədə azalır, 7-10 gündən sonra gənə miqdarca yenidən artmağa başlayır. Pambıqda gənələr yarpaqların alt tərəfində (adətən damar boyunca) və çiçək altlığında toplaşırlar, çox vaxt yüzlərlə fərddən ibarət koloniyalar əmələ gətirirlər. Zədələnmiş yarpaqların üst tərəfində qırmızı ləkələr əmələ gəlir, ləkələr sonradan birləşirlər. Yarpaqlar qızarır, sonra qonurlaşır və tökülürlər. Sahədə pambıq bitkiləri tor gənəciyi ilə güclü sirayətləndikdə və ona qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmədikdə pambıq məhsulunun (mahlıcın) 35-50%-nin itkisi baş verir.
Daha sonra Bitki mühafizə və Texniki bitkilər İnstitutunun direktoru Elçin Xəlilov pambıq əkinlərində zərərvericilərə qarşı tətbiq olunan mübarizə üsulları, o cümlədən inteqrir mübarizə tədbirləri sisteminin üstünlükləri barədə ətraflı məlumat verib.
Pambıqçı fermer Əfras Əsgərov dövlətin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində fermerlərin son illərdə bu sahəyə marağının daha da artdığını və bu səpgidə tədbirlərin keçirilməsi məhsul istehsalının artmasına öz töhfəsini verəcəyini bildirib.
Sonda fermerləri maraqlandırılan suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır