Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
2022-06-21 00:00:00
İşğaldan azad olunmuş ərazilərə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.
Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirir. Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətinə baxış keçirmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərməkdir. Baytar həkimlər qrupunun iştirakı ilə ilk monitorinq Kəlbəcər rayonunun Sarıyer yaylağında keçirilib.
Azad olunmuş ərazilərə köçlə əlaqədar təsdiqlənmiş reqlamentə əsasən, yaylaqlara gedəcək sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilib. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə verilib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev bildirib ki, təsərrüfatlarda bütün baytarlıq tədbirləri, o cümlədən peryvəndləmə işləri həyata keçirilib: “Köç ərəfəsində preventiv tədbirlər tam şəkildə başa çatıdırlıb. Heyvanlara xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq, qarayara və digər xəstəliklərə qarşı vaksinasiya işləri aparılıb. Sürülər yaylağa qalxmazdan əvvəl heyvanlar üzərində olan qan-parazitar xəstəlik daşıyıcılarının yaylaqlara daşınmasının qarşısını almaq üçün xüsusi yuyulma vannalarından keçirilib. Həkim heyəti sürülərin ümumi vəziyyətinə baxış keçirir. Heyvanlar ümumi müayinədən keçirilir, müalicəyə ehtiyacı olan heyvanlara baytarlıq yardımı göstərilir. Hesab edirik ki, Kəlbəcər yaylaqlarının təbiəti, zəngin ot ehtiyatı, minerallarla zəngin suları bu təsərrüfatlarda məhsuldarlığın artmasına kifayət qədər təsir göstərmiş olacaq”.
Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcərə yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdi. Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfaltarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib.
Hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır