Heyvanları exinokokkozdan qorumaq vacibdir-Mütəxəssis tövsiyəsi
2022-07-26 00:00:00
Ümumi məlumat: Exinokokkoz qaraciyər və ağciyərdə gedən kəskin, patoloji dəyişikliklərlə fərqlənən helmintoz xəstəliyidir. Xəstəliyə, əsasən, qoyun, qaramal, dəvə, donuz və insanlar yoluxurlar. Xəstəliyin törədicisi Echinococcus granulosus parazitidir. Exinokokk qovuqları çox vaxt qaraciyərdə və ağciyərdə, bəzən isə digər orqanlarda məskən salır.
Şiddətli invaziyalaşmış heyvanlar tələf olur, xəstələr isə bütün göstərilən səylərə baxmayaraq, məhsuldarlığını heç cürə bərpa edə bilmir. Xəstəlik zamanı ət 10%, piy 19% və əlavə məhsullar itkisi 50-60% təşkil edir, sağın 13%, qırxın isə 9,5% azalır. Exinokokk it, canavar, tülkü kimi definitiv, dırnaqlı heyvanlar və insan kimi aralıq sahibinin iştirakı ilə inkişaf edir. Yoluxmuş orqanları yeyən itlərin nazik bağırsağında məskən salmış exinokokk nəcislə xarici mühitə düşür. Otlağa, örüşə, biçənəyə, ota, döşənəyə, arxaca, düşmüş yetkin yumurtalar, yem və su vasitəsilə asanlıqla heyvana keçir.
Exinokokkoz qarşılıqlı olaraq insandan, heyvana və heyvandan insana keçdiyindən antropozoohelmintoz qrupa aid edilir.
Əlamətləri: Ekinokokkoz zamanı xüsusi əlamətlər müşahidə edilmir. Lakin aralıq sahiblərdə (dırnaqlılarda) çox zaman qarnın şişməsi, iştahanın azalması, arıqlama halları baş verir. Qovuqlar çox miqdarda və şiddətlə inkişaf edərək yoluxmuş üzvün fəaliyyətini pozduqda heyvan tələf olur.
Ağciyər yoluxduqda heyvanda öskürmə, təngnəfəslik, süstlük baş verir. Bəzi hallarda, xüsusilə exniokokk qovuğu partladıqda heyvanın ümumi vəziyyəti birdən-birə, kəskin surətdə pisləşir. O tezliklə zəifləyir və asfiksiya nəticəsində tələf olur.
Qaraciyər şişərək böyüyür. Qabırğa nahiyəsinə toxunduqda heyvan ağrı hiss edir. Qaraciyər çox şişdikdə qarının sağ tərəfi xeyli böyük görünür.
Heyvanlarda exinokokkoza qarşı aparılan profilaktika, mübarizə və müalicə tədbirləri baytar həkiminin nəzarəti və iştirakı ilə təsərrüfat sahibinin hesabına aparılır.
Mübarizə tədbirləri: Exinokokkoza görə qeyri-sağlam heyvandarlıq təsərrüfatlarında xüsusi baytarlıq-sanitariya kompleks tədbirləri aparılmalıdır Xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlər görülməlidir:
heyvanların qorunması və otarılmasında, yem hazırlanan yerlərdə, heyvandarlıq məhsulları emal olunan sexlərin mühafizəsində ancaq sağlam xidmət itlərindən istifadə edilməlidir;
Qoyunçuluq təsərrüfatlarında 3-4, qaramal fermasında isə 1-2 fərd it saxlanılmalıdır;
Sahibsiz və küçə itləri ərazidən götürülərək heyvan sığınacaqlarında müalicə edilməlidir;
Heyvandarlıq təsərrüfatlarında bütün xidmət itləri, o cümlədən yemin, dənin qorunmasında istifadə olunan əhaliyə məxsus ov itləri hər rübdə bir dəfə dehelmintizasiya edilməlidir.
İtləri yoluxmadan qorumaq üçün aparılan tədbirlər:
İstər təsərrüfata, istərsə də vətəndaşlara məxsus heyvanlar ət kəsim məntəqələrində kəsilməlidir;
Ölmüş heyvanların cəmdəyi və exinokokk qovuqları ilə yoluxmuş orqanlar yandırılmalı və ya biotermiki quyulara tökülüb zərərsizləşdirilməlidir.
Profilaktikası: Müalicə heyvanı yalnız müvəqqəti olaraq helmintdən azad edir, lakin gələcəkdə yoluxma imkanını aradan qaldırmır. Ona görə də profilaktikanın başlıca cəhəti heyvanların və insanların itin orqanizmindən xaric edilən yumurtalardan, itlərin isə exinokokklu orqanlardan yoluxmasının qarşısının almasından ibarətdir. Bu məqsədlə qulluq, gözətçi, ev və ov itlərinə çiy sallaqxana tullantılarını vermək olmaz, yoluxmuş orqan və leşlər isə utilləşdirilməlidir. İmkan olmayan yerlərdə isə zədələnmiş orqan və toxumalar möhkəm bişirilir.
İnsanları və heyvanları yoluxmada qorumaq üçün sahibsiz itlərin tutularaq sığınacaqlara verilməsi mühüm əhəmiyyət kəsb edir. Vaxtaşırı ov və ev itlərinini qeydiyyatdan keçirilməsi vacib tədbirlərdən sayılır. Sürüdə, naxırda və ferma ərazisində saxlanan itlərin sayı mümkün qədər azaldılmalı və nəzarətdə saxlanılmalıdır. Çoban itləri 45 gündən bir dehelmintizasiya edilməklə, insanlarla təması məhdudlaşdırılır və profilaktika tədbirlərinə ciddi əməl edilməlidir.
AXA təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanların parazitar xəstəliklərdən profilaktikası mütamadi olaraq aparılmalıdır və yuxarıda göstərilən əlamətlər müşahidə edildikdə mütləq şəkildə baytar həkimlərinə müraciət etsinlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır