“Yay şumunun əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib
2022-07-28 00:00:00
Kürdəmir Təcrübə Sınaq Stansiyasının əkin sahəsində fermerlər üçün “Yay şumunun əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin Kürdəmir Regional Təlim Mərkəzi və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan təlimdə yay şumunun əhəmiyyəti və üstünlükləri barədə kənd təsərrüfatı məhsul istehsalçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, ən vacib aqrotexniki tədbirlər, xüsusilə də yay şumunun keyfiyyətli aparılması növbəti təsərrüfat ilində məhsuldarlığın artırılması üçün əsas amillərdən sayılır. Mütəxəssislər tərəfindən torpaqda nəmliyin qorunub saxlanması, sahədə mövcud olan xəstəlik və zərərvericilərlə mübarizə aparılması, sahədə gəmiricilərin və alaq otlarının geniş yayılmasının qarşısının alınması üçün yay şumunun aparılmasının vacib olduğu təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Yay şumunun gec aparılması torpağın strukturunun pozulmasına, sahənin kəltənli olmasına səbəb olmaqla növbəti səpin mövsümündə ağır malalardan, digər aqreqatlardan istifadəni zəruri edir, nəticədə torpağın əkin üçün hazırlanması əlavə xərclərin yaranmasına gətirib çıxarır. Bu baxımdan məhsul yığımından sonra növbəti əkinə hazırlığa dərhal başlanılmasında yay şumunun əhəmiyəti böyükdür. Yay şumunun vaxtında aparılması becərmə dövründə fermerlərin əkin məsrəfinin azalmasına, növbəti mövsümdə daha çox məhsul götürməsinə imkan verir. Yay şumu torpağın strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarşı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Mütəxəssislər şumdan sonra təkrar əkinlərin aparılmasının eyni dərəcədə səmərəli olduğunu deyir. Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Çünki, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkinin aparılması torpağın strukturunu yaxşılaşdırır, fermerlər daha çox gəlir əldə edir, əvəzində ölkədə heyvandarlığın yem ehtiyatı daha da zənginləşir.
Tədbirin sonunda fermerləri maraqlandiran suallar təlimçilər tərəfindən cavablandırılıb, yay şumunun əhəmiyyəti barədə ətraflı müzakirələr aparılıb. Təlimdə iştirak edən fermerlərə yay şumunun əhəmiyyəti ilə bağlı maarifləndirici buklet paylanıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır