Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə həsr olunmuş mətbuat konfransı keçirilib
2019-09-19 00:00:00
2019-cu il sentyabrın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə” həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdir müavini Xaqani Məmmədov və Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə iştirak ediblər.
Xaqani Məmmədov toxumçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Cari ilin may ayından Nazirliyin müvafiq əmrinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən toxumçuluq (buğda və arpa) təsərrüfatlarında aparılan aprobasiyanın (əkinlərin xəstəliyə yoluxması, alaqlanma dərəcəsi və s.) nəticələri yekunlaşmış, müvafiq standartın tələblərinə cavab verməyən əkin sahələri çıxdaş edilib. Hazırda toxumların səpin keyfiyyəti üzrə analizlər 12 regional toxum sertifikatlaşdırma mərkəzində (RTSM- Quba, Bərdə, Göygöl, Qax, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran, Beyləqan və Sabirabad) və eləcə də Respublika Toxum Sertifikatlaşdırma (Abşeron) mərkəzində həyata keçirilir. Mərkəzlər ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. Fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir. Hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq sortun düzgün seçilməsi vacib şərtdir. Fermerlər sertifikatlı toxumu əldə etmək üçün AXA-nın rəsmi internet saytının (www.axa.gov.az) toxum-satış bölməsindən ətraflı məlumat əldə edə bilərlər. Bildirilib ki, yaxın zamanlarda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Burada əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakcı ilə birbaşa əlaqələndirmək və toxum bazarının formalaşmasına dəstək verməkdir.
Agentliyin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə isə bildirib ki, 11 ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş regional aqrokimya laboratoriyaları (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar, Lənkəran və Sabirabad) aqrar sahənin inkişafı üçün çox böyük önəm daşımaqla, fermerlərə torpağın məhsuldarlığının, fiziki göstəricilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini göstərir. Fermerlərin əkindən öncə torpaqlarını analiz etdirib, qida maddələrinə olan tələbatının müəyyənləşdirmələri vacib şərtdir. Aparılan analizlər ödənişlidir. Analizlərin aparılması üçün ərazinin relyefi nəzərə alınmaqla 1 ha-dan 1 nümunə götürülür. Hər parametr üzrə qiymətlər mövcuddur. Tam paket analizi 65 manat təşkil edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır