Heyvanlar arasında Qarayara xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirini davam etdirilir
2022-08-09 00:00:00
Respublika ərazisində qarayara xəstəliyinə qarşı Peyvəndləmə «Azərbaycan Respublikası üzrə 2022-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq aparılır. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında həyata keçirilir.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların özlərinin və heyvanlarının xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər. Qeyd edək ki, torpaq infeksiyası olan qarayara kəskin yoluxucu xəstəlik olub, septisemiya, müxtəlif böyüklükdə karbunkullar əmələ gəlməsi və ağır intoksikasiya ilə özünü göstərir.
Qarayaranın baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Təbii halda xəstəliyə iri və xırdabuynuzlu heyvanlar, dəvə, at, maral və başqa heyvanlar həssasdırlar. Bundan başqa bir çox vəhşi heyvanlar da xəstəliyə tutulurlar. Qarayaraya insanlar da həssasdır.
Heyvanlarda xəstəlik çox vaxt itigedişli və ildırımvari gedişli olur, ölüm qısa zaman ərzində baş verə bilir.
Qarayarayadan tələf olan heyvan cəsədi çox tez köpür, bütün təbii dəliklərdən qanlı köpük axır, selikli qişalar göyərir, qan sızmaları görünür, dərialtı toxuma şişkinləşir. Qan tünd rəngli, qatı və laxtalanmamış olur.
Baytar mütəxəssisləri tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Ödənişsiz əsaslarla aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar həkimləri tərəfindən fermer və fərdi təsərrüfat sahibləri müxtəlif xəstəliklər haqqında maarifləndirilir.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi qarayara xəstəliyinə qarşı aparılan profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini və aidiyyəti yerli qurumları baytar mütəxəssisləri ilə əməkdaşlığa dəvət edir.
Hazırda heyvanlar arasında heç bir infeksion xəstəlik, o cümlədən qarayara xəstəliyi qeydə alınmayıb. Ölkədə epizootik durum sabitdir və profilaktiki tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır