Sabirabad rayonunda toxum sərgi-satış yarmarkası keçirilib
2022-08-31 00:00:00
Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Sabirabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu gün rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Rayon əhalisinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə istehsal müəssisələri yaradılır, fermerlərə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəlmiş müvafiq işlər aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Sabirabadda keçirilən toxum sərgi-satış yarmarkasına maraq böyükdür. Beş rayondan gəlmiş fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. Bu gün yarmarkada həm yerli, həm də xarici sort toxumlar nümayiş olunur. Fermerlər sertifikatlı toxumlara üstünlük verməlidirlər. Əkin materialı kimi sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır.
Tədbir iştirakçıları daha sonra toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər.
Yarmarkada fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 2-də Cəlilabad rayonunda keçiriləcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır