Zərərli orqanizmilərə qarşı mübarizə tədbirləri davam etdirilir
2022-09-02 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran və Astara rayonlarında sitrus bitkilərində yastıcalara qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Lənkəran və Astara rayonları ərazisində karantin tətbiq edilən zərərvericilərdən hesab olunan yastıcalardan (avstraliya şırımlı yastıcası, komstok yastıcası, koliforniya qalxanlı yastıcası, tut qalxanlı yastıcası, yaponiya çöpvari qalxanlı yastıcası) daha çox rast gəlinib. Cari ildə bugünə kimi Lənkəran rayon ərazisində 425 hektar sahədə müşahidə, 360 hektar sahədə sirayətlənmə, 291 hektar sahədə kimyəvi mübarizə aparılmış, həmçinin Astara rayon ərazisində 3152 hektar sahədə müşahidə, 2322 hektar sahədə sirayətlənmə, 819 hektar sahədə kimyəvi mübarizə tətbiq edilmişdir. Respublika üzrə ümumilikdə, 12534 hektarda müşahidə, 8990 hektarda sirayətlənmə, 5935 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, yastıcalardan bitkilərə ziyan vuran əsasən avstraliya şırımlı yastıcasıdır. Avstraliya şırımlı yastıcası əsasən sitrus bitkilərinə, eləcə də akasiya, əncir, nar, gavalı, armud, şaftalı və s. cinslərdən olan ağaclara ciddi ziyan vurur. Dişi fərdinin uzunluğu 6 mm olub, bədəni ovalşəkilli və çoxsaylı qara tükcüklərlə örtülmüşdür, üst tərəfdən qırmızımtıl-qəhvəyi, alt tərəfdən parlaq narıncı rəngdədir. Erkək fərdin bədəni tünd qırmızı, qanadları bozumtul rəngdədir. 25° C temperatura və 60-70% nisbi rütubətin olması zərərvericinin inkişafı üçün optimal şərait hesab olunur. Aşağı rütubətlilik yastıca üçün əlverişsizdir. Temperaturanın mənfi 12° C-dən aşağı düşməsi zərərvericinin kütləvi ölümünə səbəb olur. Sürfələr ağacların şirəsini sormaqla onları zədələyirlər. Yastıcanın zədələdiyi ağaclarda yarpaqlar tökülür, fotosintez zəifləyir, məhsuldarlıq aşağı düşür və ağaclar tez quruyub məhv olur. Ən çox əkin materialı və meyvələrlə yayılırlar.
Bildiririk ki, bağlarda, həyətyanı sahələrdə, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməsi tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır