Cəlilabadda toxum sərgi-satış yarmarkası təşkil olunub
2022-09-02 00:00:00
Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Cəlilabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nazim Şükürov bildirib ki, ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir: “Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Bu gün Cəlilabad rayonunda keçirilən toxum sərgi yarmarkasında fermerlərə müxtəlif toxum sortları təqdim edilir. Düşünürəm ki, bu kimi yarmarkaların müxtəlif bölgələrdə keçirilməsi toxum bazarının daha da inkişafına etməsinə gətirib çıxaracaq”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev yarmarkanın əhəmiyyətinə toxunaraq bildirib ki, bu gün Cəlilabadda keçirilən yarmarkada yerli arpa, buğda və tərəvəz toxumları nümayiş etdirilir. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilir. Fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığı təmin olunur. Payızlıq buğda və arpa səpinini optimal müddətdə başa çatdırmaq üçün fermerlərin vaxtında sertifikatlı toxumla təmin olunması vacib sayılır.
Tədbir iştirakçıları daha sonra yarmarkanın fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, stendlərə baxış keçiriblər.
Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 8-də Hacıqabul rayonunda təşkil olunacaq.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır