“Fitosanitar sahədə görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransı keçirilib
2019-09-26 00:00:00
2019-cu il sentyabrın 26-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov, Fitosanitar və aqrokimyəvi xidmətlərin tənzimlənməsi şöbəsinin müdiri Tural Cavadzadə və Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov iştirak ediblər.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov “2019-cu ildə fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə ətraflı məlumat verib. Bildirib ki, respublikada 14 karantin tətbiq edilən zərərvericilərə (tut çanaqlı yastıcası, kartof güvəsi, kolorado kartof böcəyi, Avstraliya şırımlı yastıcası, Komstok yastıcası, Sitrus ağqanaqlısı, Yaponiya çöpvari çanaqlı yastıcası, Amerika ağ kəpənəyi, Koliforniya çanaqlı yastıcası, Şərq meyvəyeyəni, Lağımlayıcı, sitrus güvəsi, Filloksera, Dördləkəli dənyeyən, Yaponiya mumlu yalançı çanaqlı yastıcası) və 4 karantin alaq otuna (yovşanyarpaqlı ambroziya, tikanlı quşüzümü, sarı sarmaşıq, sürünən kəkrə) qarşı mübarizə tədbirləri dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilir. Belə ki, agentlik tərəfindən respublika ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilib. Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın, tikanlı quşüzümünün və siçanabənzər gəmiricilərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə kompleks mübarizə tədbirləri aparılıb.
Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov qeyd edib ki, çəyirtkəkimilərə qarşı 448483 ha-da müşahidə aparılıb, 167012,4 ha-da sirayətlənmə aşkarlanıb, 52349,5 ha-da mübarizə aparılıb ki, bunun da 51538,5 ha-ı büdcə vəsaiti hesabına həyata keçirilib.
Karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə qarşı əsasən Lənkəran, Quba, Xaçmaz, Abşeron rayonlarında 5673 ha-da müşahidə aparılıb, 1043 ha-da sirayətlənmə aşkarlanıb, cəmi 841 ha-da mübarizə aparılıb, bunun isə 556 ha-ı büdcə vəsaiti hesabına yerinə yetirilib. Kartof bitkisində Kolorado kartof böcəyinə qarşı 23691 ha-da, kartof güvəsinə qarşı isə 3142,4 ha-da mübarizə aparılıb.
Meyvə bağlarında karantin yastıcalara qarşı 4535,84 ha-da, digər karantin zərərvericilər əleyhinə (şərq meyvəyeyəni, sitrus ağqanadlısı, sitrus minalayıcı güvəsi və s.), 3175,93 ha-da mübarizə aparılıb.
Karantin tətbiq edilən alaq otu yovşanyarpaqlı ambroziyaya qarşı 5360,9 ha-da mübarizə aparılıb ki, bunun 222,9 ha-ı büdcə vəsaiti hesabına yerinə yetirilib.
Karantin alaq otları olan sarı sarmaşığa qarşı 5025 ha, sürünən (çəhrayı) kəkrəyə qarşı 2789 ha, tikanlı quşüzümünə qarşı 572 ha-da mübarizə aparılıb.
Pambıq sovkasına qarşı 166671,8 ha, tor gənəsinə qarşı 45393 ha, pambığın digər zərərvericiləri (mənənə, trips, ağqanadlı) qarşı isə 78615,5 ha, liqus zərərvericisinə qarşı 5688 ha-da kimyəvi mübarizə aparılıb.
Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb. Belə ki, Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi ilə respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci və ikinci nəslinə qarşı 9755 ha-da bioloji mübarizə tədbirləri həyata keçirilib.
Ümumiyyətlə, respublika üzrə, cəmi 1310004,7 ha-da mübarizə aparılıb ki, bunun 269004 ha-ı büdcə vəsaiti hesabına, 154445 ha-ı mexaniki və 886555,7 ha-ı kimyəvi üsulla olmaqla təsərrüfat subyektləri hesabına aparılıb.
Cari il ərzində Fumiqasiya Mərkəzi tərəfindən 40393.90 ton dənli, dənli-paxlalı, yemlər, 146980,49 ton texniki yük, 254590,84 m3 meşə materialı, 1893688 m2 istehsal və saxlanma yerləri zərərsizləşdirilib.
Təhlükəli zərərverici olan Aralıq dənizi meyvə milçəyinə müşahidələrin aparılması məqsədilə Abşeron rayonunun kənd və qəsəbələrində 250 ədəd feromon tutucuları quraşdırılıb, monitorinqlər aparılıb və sirayətlənmə halları müşahidə edilməyib.
Tədbirdə, həmçinin bildirilib ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Artıq 200 ha ərazidə mübarizə tədbirləri həyata keçirilib və rayonlar kifayət qədər kimyəvi preparatlarla təmin olunub. Hazırda mübarizə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Tural Cavadzadə yaxın vaxtlarda yeni “Fitosanitar Portal”ının istifadəyə verilməsinın nəzərdə tutulduğunu diqqətə çatdırıb. İstifadəyə veriləcək portalın məqsədi göstərilən fitosanitar xidmətlərin optimallaşdırılması və səmərəliliyinin artırılması, daha az həcmdə resurs sərf edilməklə xidmətin həyata keçirilməsi, elektronlaşması, şəffaflığın artırılması, innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır