Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü
2019-10-15 00:00:00
Aqrar Xidmətlər Agentliyində yerli qurumlara işə qəbul olunmuş kadrlarla görüş keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 38 nəfər müvafiq işlə təmin edilib. AXA sədri Seymur Mövlayev bu gün Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən 38 nəfərlə görüşüb.
Görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək, Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Son illər aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verən S.Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin kadrlar şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kardlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydarlarına əməl etməsinin vacibliyini önə çəkən İ.Süleymanov AXA üzrə boş qalan vakant yerlərlə bağlı yaxın günlərdə yeni işə qəbul elanının veriləcəyini deyib.
Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını deyiblər.
Qeyd edək ki, sentyabrın 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqəyə çıxarılan vakansiyalar aqronom, baytar həkimi, baytar feldşeri və aqrar sektorun digər sahələri üzrə ixtisaslı yerlərdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır