Qoyunlarda çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
2022-11-23 00:00:00
Təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən qoyunların çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Çiçək iti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.
KLİNİKİ ƏLAMƏTLƏRİ: Xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir. Çiçək səpgiləri çox vaxt dodaqda, göz ətrafında, qabaq və arxa ayaqların iç tərəfində, xaya torbasında, həmçinin yelinin dərisində və dişilərin cinsiyyət dodaqlarının selikli qişalarında olur. 5-6 gün sonra toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək prosesi mürəkkəbləşərsə, o zaman tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi ilə müşayiət olunan sekundar infeksiyanın yaranması ön plana keçir.
Qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma ola bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100 %-dək ola bilər.
PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ: Təsərrüfata yeni gətirilən qoyunlar məcburi surətdə karantində saxlanmalıdır. Əvvəllər çiçəyə görə qeyri-sağlam olmuş təsərrüfatlardan daxil olan heyvanlar vaksinasiya edilməlidir.
Heyvanlar arasında çiçək baş verərsə, təsərrüfata karantin qoyulur. Bütün sürüyə baxış keçirilir. Xəstə və şübhəli heyvanlar təcrid olunur. Klinik sağlam heyvanlar vaksinasiya olunaraq, digər fermaya (otlağa) dəyişdirilir. Binalar dezinfeksiya olunur. Əgər ölüm varsa, cəsədlər yarılmadan (dəri və yun üstündə olmaqla) yandırılır. Yeni heyvanların gətirilməsi və aparılması, texniki işlər (yun qırxımı və s.) karantin götürülənədək dayandırılır.
Karantin axırıncı ölüm və ya sağalma hadisəsindən 20 gün keçəndən sonra götürülür.
MÜALİCƏSİ: Xəstə heyvanlar təcrid olunaraq, yumşaq yem verilməklə, isti yerdə saxlanılmalı, simpomatik müalicə aparılmalıdır. Xəstəlikdən sağalan davarlar ömürlük immunitet qazanırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən çiçək xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır