Tərtər rayonunda quşçuluqla məşğul olan kənd sakinlərinə təlim keçirilib
2019-10-15 00:00:00
Tərtər rayonunun Hacıqərvənd kəndində bir qrup kənd sakinlərinin iştirakı ilə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Təlimdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin Tərtər Rayon Baytarlıq İdarəsinin rəisi Murad Cəfərov bildirib ki, cari ilin 9 ayı ərzində Tərtər rayonunda nyukasl xəstəliyinə qarşı 479808 baş cavan quşda “La-sota” vaksini ilə, 354647 baş yaşlı quşda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Təkcə Hacıqərvənd kəndində nyukasl xəstəliyinə qarşı 14995 baş cücədə “La-sota” vaksini ilə, 19992 baş yaşlı quşda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbiri həyata keçirilib.
Təlimdə fermerlərə nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib, həmçinin nyukasl xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, çiçək xəstəliyinin isə vətəndaşın öz vəsaiti hesabına aparıldığı bildirilib. Eyni zamanda, ev quşlarının saxlanması, bəslənməsi və infeksion xəstəliklərdən qorunması üçün əlavə tədbirlər barədə təsərrüfat sahibləri maarifləndirilıb.
Təlim zamanı bütün infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə quşçuluqda istifadə olunan damların, alətlərin, yem və su qablarının baytarlıq-sanitariya cəhətdən steril olması üçün vaxtlı-vaxtında dezinfeksiya və dezinseksiya işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, quşlar yemlənən zaman yemlərin tərkibində olan vitaminlərin və mineral maddələrin yemdə norması quşların tələbatına uyğun olaraq verilməlidir. Quşların saxlanılması zamanı vitamin və mineral maddələrin çatışmazlığı orqanizmin immun zəifliyinə səbəb olur ki, bu da müxtəlif infeksion və digər xəstəliklərin yoluxma riskini artırır.
Təlimin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb