Qışda qoyunların saxlanılması qaydaları
2022-12-21 00:00:00
Qışda qoyunlar əlverişli havalarda otlaq, gecələr və soyuq havalarda isə qapalı tövlə şəraitində saxlanılmalıdır. Havanın temperaturu mənfi 2-5 °C olduqda, qoyunları qalın və quru döşənək üzərində saxlamaq lazımdır. Onları isti və rütubətli binada saxladıqda orqanizmləri zəifləyir və xəstəliklərə (dırnaq çürüməsi, pnevmoniya və s.) tez tutulur. Bundan başqa, qoyunlarda yunun inkişafı pisləşir, məhsuldarlığı aşağı düşür.
Qışda qoyunlar ölkəmizin cənub, cənub-şərq və cənub-qərb rayonlarında gecələr açıq havada-həyətdə, fermada, üç tərəfi bağlı və üstü örtülü binalarda saxlanılmalı, gündüzlər isə otarılmalıdır.
Qışda otlaq kimi xəsillik və biçənəkdən, meşəətrafı sahələrdən və yovşanlıqlardan istifadə edilir. Bütün qoyunlar qışda otarılmalıdır. Ancaq boğaz qoyunlar doğuma 25 gün qalana qədər və doğumdan 25 gün sonra otarılmalıdır.
Qoyunlar səhərlər otlağa aparılmamışdan qabaq yemlənir və suvarılır, sonra otlağa aparılır. Qoyunların səhər suvarılması, onların qar yeməsinin qarşısını alır. Qoyunlar bütün günü otarılmalı, axşam isə əlavə olaraq, qaba və konsentrat yemlər verilməlidir. Boğaz qoyunlar əlverişli havalarda, qarı az olan və tövlədən 1,5 km-dən uzaq olmayan sahələrdə otarılmalıdır. Əlverişli havalarda qoyunlar bütün günü otarılır, axşamlar isə xal-xalda, həyətdə və ya çardaqda saxlanır. Qar örtüyü 5-10 sm-dən artıq olmadıqda qoyunlar qarı eşələyərək onun altından yem tapıb yeyə bilirlər. Qar örtüyü qalın olan sahələrə əvvəlcə atları, sonra qoyunları buraxmaq lazımdır. Qoyunlar soyuq havalarda binada suvarılır və yemlənir. Yem qablarına yalamaq üçün duz qoyulmalıdır. Qaba yemlər və silos tayada verilir. Otun və ya silosun ətrafa qağılmaması üçün qaba yem tayası və silos barmaqlıqla əhatə olunur. Qoyunlar otlaqda və xal-xalda saxlandıqda onların qar üzərində uzanmasına yol verilməməlidir. Suvarmadan sonra konsentrat yemlər verilməlidir. Küləkli havalarda un qarışıq yemlər azacıq isladılmalıdır.
Qış-payız otlaqlarında qoyunlara qarğıdalı silosu, qaba və konsentrat yemlərin verilməsi sürünün sağlamlığını artırır, məhsuldarlığını (yun, süd) yüksəldir, heyvanların yaxşı inkişaf etməsinə səbəb olur.
Qoyunları payız-qış otlaqlarında saxladıqda, yaxud bir otlaqdan digər otlağa keçirdikdə onlar yem və su ilə təmin edilməli, soyuqdan, qardan, yağışdan, küləkdən, yoluxucu və parazitar xəstəliklərdən qorunmalıdır.
Qoyunlar bir gündə 8-12 km-dən artıq yol getməməlidir. Onlara hər 3 saatdan bir 1—1,5 saat istirahət verilməlidir. Bir yerdən başqa yerə gedən sürüyə sutkada 10-12 saat istirahət verilməlidir. Dayanma məntəqələrində qoyunlar əlavə yemlənməli və suvarılmalı, zəif qoyunlara isə konsentrat yemlər verilməlidir. Konsentrat yemləri, dərman maddələrini, yeni doğulmuş quzuları və xəstə qoyunları daşımaq üçün hər sürünün ayrıca nəqliyyatı (araba və ya yük avtomobili) olmalıdır. Qışda qoyunlar gündə 2 dəfə suvarılmalıdır.
Sürülər qış düşərgələrinə gətirilməmişdən əvvəl tövlələr, xalxallar, quzu küzləri və onların ətrafı təsərrüfat sahibləri tərəfindən mexaniki təmizlənməli və ərazi baytarlıq xidməti tərəfindən qarşılıqlı müqavilə əsasında dezinfeksiya, dezinseksiya və deratizasiya edilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır