Azərbaycanda son 50 ildə ilk dəfə çəltikçilikdə sertifikatlı toxum əldə olunub
2022-12-29 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluğunun yaradılması məqsədilə bu sahədə toxumla təminat istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə nəticələnib.
Son 50 ildə ilk dəfə olaraq Azərbaycanda sertifikatlaşdırılmış çəltik toxumu istehsal edilib. ƏETİ tərəfindən Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrində qeydiyyatdan keçirilib.
“Avanqard” çəltik sortunun 500 kq “Orijinal” və 1200 kq “Super elit” toxumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb. Bundan başqa, 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli “Zəfər” və “Bəstə” sortları dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.
Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür.
Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malaziyanın müvafiq elmi-tədqiqat müəsissələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır