Fevral-mart aylarında taxılçılıqda hansı işlər görülməlidir? - Fermerlərə tövsiyə
2023-01-30 00:00:00
Respublikanın Mərkəzi Aran və Şirvan-Salyan, Dağlıq Şirvan, Qazax-Tovuz iqtisadi rayonlarında havaların son vaxtlar qeyri-sabit keçməsi, atmosfer temperaturunun artması nəticəsində taxıllarda vaxtından əvvəl kollanma müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda taxıl sahələrində aktiv kollanma fazasının başlanığıcıdır.
Bununla əlaqədar olaraq taxılçılıqla məşğul olan fermerlərə tövsiyə olunur ki, taxıl əkin sahələrində bitkilərdə aktiv kollanma getdiyi zaman torpaq analizlərinin nəticələrinə uyğun olaraq hektara 100-150 kq fiziki çəkidə (NH4NO3) ammonium şorası səpilərək dərhal vegetasiya suvarması aparılmalıdır.
Ammonium şorası (NH4NO3) olmadığı təqdirdirdə 10 kq karbamid (CO(NH2)2) gübrəsini suda həll edib və 100 qr mis kuporosu (CuSO4x5H2O) 250-300 litr suya əlavə edərək həm də pas və digər xəstəliklərinin qarşısını almaq məqsədi ilə çiləmə aparmaq lazımdır.
Taxıl əkin sahələrində alaq otları (turpəng, tonqal otu, yabanı vələmir, gülül, qanqal və s.) müşahidə olunan zaman onlara qarşı mübarizə tədbiri olaraq herbsidlərdən istifadə etmək tövsiyə olunur. Mübarizə tədbiri aparan zaman bitkiləri herbisidin stress təsirindən qorumaq məqsədi ilə istifadə olunan herbsidin işçi məhluluna (250 litr) 15 kq (NH4NO3) ammonium şorası və yaxud 8-10 kq (CO(NH2)2) karbamid gübrəsi öncədən suda həll edilərək əlavə olunmaqla çilənməsi məqsədəmüvafiqdir.
Taxıl əkin sahələrində vaxtında zərərverici və xəstəlikləri müəyyən etmək məqsədilə bitki mühafizə əməkdaşları fermerlər ilə birgə intensiv fitosanitar müşahidələri aparmalı, hansı ərazilərdə sirayətlənmə müşahidə olunarsa, dərhal həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır