İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb
2023-02-02 00:00:00
Cari ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli və sahibsiz itlər arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Saglamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda - Zəngilanda, Xocavənddə, Füzulidə, Cəbrayılda və Qubadlıda sahibli, sahibsiz itlərdə, o cümlədən meşə ətrafı ərazilərdə vəhşi təbiət heyvanlarında quduzluq xəstəliyinə qarşı profilaktiki vaksinasiya tədbirləri həyata keçirilib. Tədbirdə əsas məqsəd xəstəliyin təbiət tipi ilə şəhər tipi arasında zənciri qıraraq xəstəliyin yayılamasının qarşısının alınması, epizootoloji sabitliyin qorunmasıdır.
Peyvənd vasitəsi sahibsiz itlər və vəhşi təbiət heyvanları arasında preparatın təlimatına uyğun olaraq günəşdən qorunmaq məqsədilə əl ilə həyata keçirilib. Briket atıldıqdan sonra təbii materialla (yarpaqlar, otlar və s.) örtülür. Tədbiri aparmaq üçün fərdi baytar həkimləri birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunub. Peyvənd ev, kənd və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır.
Bildiririk ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur. Virusun təbiətdə daima vəhşi heyvanlar arasında mövcudluğu, xəstəliyin əlamətsiz keçməsi onların rezervuar kimi təhlükəliliyinin əsas əlamətlərini təzahür edir. Bu xəstəlik Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatının zoonoz xəstəliklər siyahısında ilk onluqda yerləşir.
Hazırda ölkədə epizootoloji sabitliyin qorunmsı istiqamətində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır