Əkin sahələrində taxıl böcəyinə qarşı mübarizə tədbirləri davam etdirilir
2023-02-08 10:32:05
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində taxıl böcəyinin yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Ötən ilin noyabr ayından bugünədək 7642 hektar sahədə müşahidələr aparılmış, 3895 hektar sahədə sirayətlənmə aşkar edilmiş və 3306 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Taxıl böcəyinin sürfələri əkin sahələrinə həm payızda, həm də yazda ziyan vurur. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır və inkişaf edə bilir. Sürfələri bitkinin yarpaqları, yetkin fərdləri (böcəklər) isə “sütül” dənləri ilə qidalanırlar. Bir böcək imagianal həyatı dövründə orta hesabla 55 dən yeyə bilir. Mübarizə tədbirləri aparılmazsa məhsul itkisi 20-30%, hətta 70-80%-ə çata bilər.
Yetkin fərdlər sentyabr ayının ikinci ongünlüyündə yumurta qoymağa başlayırlar. Yumurtaqoyma 10-25 gün davam edir. Oktyabr ayının əvvəlində yumurtadan çıxan sürfələr ilk dövrdə torpaqda olan bitki qalıqları, sonralar isə payızlıq taxıl cücərtiləri ilə qidalanırlar. Qış dövrünü əsasən müxtəlif yaşlı sürfə mərhələsində torpağın 30-40 sm dərinliyində keçirir. Aprelin ikinci ongünlüyündən etibarən sürfələr pup mərhələsinə keçirlər. Pup mərhələsi 13-19 gün davam edir. Yetkin böcəklər may ayının II yarısından müşahidə olunmağa başlayırlar.
Bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə payızda 1m²-də sürfələrin sayı 0,5-1 ədəd, yazda bitkilərin kollanma fazasında isə 3-5 ədəd olarsa (iqtisadi ziyanlı hədd) təsiredici maddəsi deltamethrin (25 q/l) 0,2 l/ha, imidacloprid (70%) 2 kq/ton toxum dərmanlanması, lambda cyhalothrin (50 q/l) 0,5 l/ha olan preparatlardan istifadə yüksək bioloji səmərəni təmin edir.
Fermerlərə zərərli oranizmilərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır