Çiçək xəstəliyinin əlamətləri və bu xəstəliyə qarşı mübarizə tədbirləri
2023-02-14 00:00:00
Bildiririk ki, çiçək xəstəliyi iti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlüpustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Təxminən 3 gün davam edən ərəfədə heyvanların ümumi vəziyyəti pisləşir, bədən temperaturu yüksəlir.
Epizootoloji məlumat. Çiçəklə bütün kənd təsərrüfatı heyvanları, quşlar və insanlar xəstələnirlər. Törədicinin mənbəyi xəstə heyvanlardır. Onların orqanizmində əmələ gələn çiçək qaysaqlarının, ağız suyunun, göz və burun axıntılarının tərkibində olan virus asanlıqla ətrafa yayılır və həssas heyvanların yoluxması üçün təhlükə mənbəyinə çevrilirlər.. „ Zərifyunlu cinslərdə və cavan qoyunlar arasında çiçək daha ağır keçir. Belə sürülərdə çiçək qısa vaxt ərzində 100%-dək yayıla bilir.
Klinik əlamətləri. Çiçək heyvanlarda bir neçə klinik formada keçir: tipik, atipik, yayılmış, hemorroji. Tipik forma-çiçək yaralarının mərhələli inkişafı ilə xarakterizə olunur. Atipik formada çiçək prosesi adətən papula mərhələsində kəsilir, bu zaman heyvanın ümumi halı demək olar ki, dəyişmir. Yayılmış forma heyvanın ümumi halının həddən artıq pisləşməsi ilə gedir, ayrı-ayrı suluqlar birləşərək böyük suluğa çevrilirlər. Onların içərisi isə irinlə dolu olur. Hemorroji (qara) çiçək üçün suluqlarda və dəridə qan sağıntılarının yayılması, ümumi vəziyyətin ağırlığı və yüksək ölüm faizi xarakterikdir. Xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma ola bilər. Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur.
Patoloji-anatomik dəyişikliklər. Dərinin və ağızın selikli qişasının tipik xəstəliyi-çiçək suluqları xarakterikdir. Mədə-bağırsaq traktının və tənəffüs yollarının selikli qişası hemorroji iltihaba tutulur, bəzən eroziya inkişaf edir. Müalicə. Simptomatik müalicə vasitələri tətbiq olunur. Müxtəlif yaxıntılar (sink, bor, salisil və s.), antibiotik emulsiyaları istifadə olunur. İkinci mikroflora tərəfindən mürəkkəbləşmələrin baş verməməsi üçün geniş təsir dairəsinə malik olan antibiotiklərdən də istifadə edilir.
İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda yüksək gərginlikli, çox vaxt ömürlük davam edən immunitet yaranır, Qoyunlarda fəal immunitet yaratmaq üçün quru kultural virus vaksin və alüminium hidroksidli formol vaksin, keçilərə alüminium hidroksidli formol qliserinli vaksinlər işlədilir. Quşlarda çiçək xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərini aparmaq lazımdır.
Profilaktika və mübarizə tədbirləri. Təsərrüfata yeni gətirilən qoyunlar məcburi surətdə karantində saxlanmalıdır. Əvvəllər çiçəyə görə qeyri-sağlam olmuş təsərrüfatlardan daxil olan heyvanlar vaksinasiya edilməlidir.
Heyvanlar arasında çiçək baş verərsə, təsərrüfata karantin qoyulur. Bütün sürüyə baxış keçirilir. Xəstə və şübhəli heyvanlar təcrid olunaraq müalicəyə cəlb olunur.. Klinik sağlam heyvanlar vaksinasiya olunaraq, digər fermaya (otlağa) dəyişdirilir. Binalar dezinfeksiya olunur. Əgər ölüm varsa, cəsədlər dəri və yun üstündə olmaqla yandırılır. Yeni heyvanların gətirilməsi və aparılması, texniki işlər (yun qırxımı və s.) karantin götürülənədək dayandırılır. Karantin axırıncı ölüm və ya sağalma hadisəsindən 20 gün keçəndən sonra götürülür.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır