Azərbaycana yeni gətirilmiş çəltik sortlarının təqdimatı keçirilib
2023-02-16 00:00:00
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Pakistan İslam Respublikasından Azərbaycana yeni gətirilmiş çəltik sort nümunələrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, Azərbaycan Çəltikçilik Assosiasiyasının üzvləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Qeyd olunub ki, son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, çəltik istehsalının artırılması istiqamətində tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi kompleks tədbirlər həyata keçirilib.
Məlumat verilib ki, ötən il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edib. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. 2022-ci ildə respublikada 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub.
Daha sonra Pakistan İslam Respublikasından ölkəmizə yeni gətirilmiş “KS-282”, “KSK-133”, “PK-383” və “Chenab Basmati” çəltik sortlarının təqdimatı keçirilib. Bildirilib ki, tezyetişən, məhsuldar olan yeni sortların vegetasiya müddəti 100-110 gündür. Bitkinin hündürlüyü 100 sm, dənin uzunluğu 6.7 mm olmaqla məhsuldarlığı 10t/ha təşkil edir. Sortların xəstəliklərə qarşı davamlılığı yüksəkdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır