Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
2023-03-27 00:00:00
Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən taxıl sahələrində alaq otlarının yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Cari ilin yanvar ayından bugünədək 42474 hektar sahədə müşahidələr aparılmış, 34361 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 300 hektar sahədə mexaniki mübarizə və 30485 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Bildiririk ki, yazda taxıl əkinlərində həyata keçirilən əsas işlərdən biri də alaq otlarına qarşı mübarizə tədbirləridir. Alaq otları əkinlərə böyük zərər verir. Belə ki, becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun və işığın xeyli hissəsini mənimsəyir, zərərvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır, becərməni, məhsul yığımını çətinləşdirir, eləcə də məhsuldarlığa və məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
Mübarizə tədbirləri:
Aqrotexniki :
- Növbəli əkin sisteminə riayət edilməli;
- Əkindən qabaq torpaq arat olunmalı və cücərtilər aqrotexniki yolla məhv edilməli;
- Sertifikatlı toxumlardan istifadə olunmalı;
- Əkin qabağı sahə kultivasiya olunmalı;
- Sahədə dərin şum, kultuvasiya, malalama və üzləmə tədbirləri vaxtında aparılmalı;
Kimyəvi:
İkiləpəli alaq otlarına qarşı dikamba + xlorsulfuron (0,14-0,2 l/ha), triasulfuron (180 qr/ha) və birillik taxıl fəsiləsinə aid olan alaq otlarına qarşı Fenoxaprop- p-ethyl (100 q/l) təsiredici maddəli herbisidlərdən istifadə etmək olar. Arpa sahələrində yabanı vələmirə və tülküquyruğuna qarşı təsiredici maddəsi pinoxaden (1,0 l/ha) olan preparatın istifadəsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, alaq otlarına qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin aparılması yüksək və keyfiyyətli məhsul istehsalına zəmin yaradır. Bununla əlaqədar fermerlər Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına müraciət etməklə müvafiq məsləhət və tövsiyələr ala bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır