Meyvə bitkilərində yarpaqlarda dəlikli ləkəlilik (Klyasterosporioz) xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2023-04-06 00:00:00
Yarpaqların dəliki ləkəliliyi xəstəliyi ərik, albalı, gavalı, şaftalı və digər çəyirdəkli meyvə bitkilərində geniş yayılmış xəstəlikdir. Xəstəliyin törədicisi olan Clasterosporium carpophilum göbələyi konidi və mitseli formasında ağacların zədələnmiş yerlərində yaranmış kitrənin (şirənin) altında qışlayırlar. Yazda yağışlar nəticəsində kitrə yuyulduğu zaman göbələk inkişaf etməyə başlayır. Yaranmış yeni sporlar yağış damcıları vasitəsilə bitkilərin cavan vegetativ və generativ orqanlarına yayılır və yoluxmaya səbəb olur. Xəstəliyin inkişafı üçün optimal temperatur 19-260C hesab olunur. Orta isti hava və yağıntıların kifayət qədər olması xəstəliyin inkişafına və yayılmasına şərait yaradır. Xəstəliyin yayılmasında mənənələr də mühüm rol oynayırlar.
Əlamətləri:
Yarpaqlarda xəstəlik əvvəlcə balaca dəliklər şəklində özünü göstərir və bir neçə gündən sonra diametri 2-5 mm-ə qədər olan yuvarlaq, açıq-qəhvəyi, qırmızı-qonur və ya moruğu rəngli ləkələrə çevrilirlər. 1,5-2 həftədən sonra ləkəli hissələr quruyaraq tökülür və müxtəlif ölçülü dəliiklər əmələ gətirir. Belə ləkələr yarpqaların saplaqlarında əmələ gəldiyi halda yarpaqlar vaxtından əvvəl tökülürlər.
Xəstəliyin cavan zoğları və budaqları zədələməsi daha təhlükəli hesab edilir. Zoğlarda xəstəlik, ölçüləri 2-5 mm aralığında olan narıncı-qırmızı rəngli ləkələr şəklində özünü göstərir. Daha yaşlı budaqlarda isə qabığın şişməsi, çatların əmələ gəlməsi və sonra həmin çatlardan kitrə axması müşahidə olunur ki, bu da ağacın tamamilə qurumasına səbəb ola bilir.
Meyvələrdə xəstəlik əvvəlcə kiçik qırmızı-qəhvəyi ləkələr şəklində özünü göstərir və bu ləkələr tədricən böyüyür. Gələcəkdə bu ləkələr qaralır, ləkələrin altındakı toxumaların inkişafı dayandığından meyvələr eybəcər forma alır və zədələnmiş hissələrdə quruma baş verir. Nəticədə məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri aşağı düşmüş olur.
Xəstəliyə qarşı mübarizə tədbirləri:
• Payızda torpaq şumlanmalı, tökülmüş yarpaq və meyvələr sahədən təmizlənməli, yaxud basdırılmalı.
• Xəstəliyə tutulmuş zoğ və budaqlar budanaraq yandırılmalı.
• Çətirdə budaqlar seyrəldilməli.
• Kəsilmiş və zədələnmiş hissələr bağ məlhəmi, yaxud 4-8%-li əhəng məhluluna 1-2% mis və ya dəmir kuporosu əlavə edilmiş məhlulla işlənməli.
• Payızda yarpaqlar töküldükdən sonra 5%-li Bordo mayesi və ya əhəng-kükürd həlimi ilə çiləmə aparılmalı (Qış dövründə məhlul yuyulursa, erkən yazda tumurcuqlamadan əvvəl çiləmə təkrarlanmalıdır).
• Çiçəkləmədən sonra 1%-li Bordo mayesi və ya təzə sönmüş əhəngin 2-4%-li suspenziyası ilə çiləmə aparılmalı (Bu çiləmə hər 15-20 gündən bir təkrarlanmalı).
• Yayda və payızda yoluxmuş yarpaqlar toplanaraq məhv edilməli.
• Yoluxma nəticəsində yarpaqların vaxtından əvvəl töküldüyü hallarada normalar gözlənilməklə ağaclar gübrələnməli və suvarılmalı.
• Davamlı sortlardan istifadə edilməli.
• Həmçinin, təsiredici maddəsi Mis oksixlorid 370q/kq+Sineb 150q/kq (4-6 kq/ha), Siprodinil 750q/l (0,35 l/ha) və ya Kaptan 800q/kq (1,8-2,5 kq/ha) olan fungisidlərin birindən istifadə etməklə, birinci dəfə xəstəliyin ilkin əlamətləri görünən kimi və sonra 7-10 gün fasilələrlə çiləmə aprılmalıdır (İşçi məhlul 1000 l/ha). Çiləmələr meyvənin yığımına 30 gün qalmış dayandırılmalıdır.
Pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır!
B.e.ü.f.d. Şükür Əhmədov
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır