Fermerlərə tövsiyə: Heyvanlar yaylaqlara köçürülmədən öncə çimizdirilməlidir
2023-05-16 00:00:00
“Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı” ilə ölkə ərazisində 12 rayonda (Ağcabədi, Ağstafa, Beyləqan, Goranboy, Göygöl, İmişli, İsmayıllı, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarında) kənd təsərrüfatı heyvanlarının çimizdirilməsi və qırxılması məqsədi ilə xüsusi məntəqələr tikilərək istifadəyə verilib.
Mövsümlə əlaqədar ölkədə yetişdirilən heyvanların bioloji xüsusiyyətləri və onların təbii yem bitiləri ilə yemlənməsinin təşkili üçün qışlaqlardan yaylaqlara köç etməsi zərurəti yaranır. Odur ki, heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara köçürülmədən əvvəl qan-parazitar və digər mövsümü xəstəliklərə (həşərat, gənə və s.) qarşı çimizdirilməsi üçün yuxarıda qeyd olunan rayonlarda fəaliyyət göstərən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinə müraciət etmələri tövsiyə edilir.
Bu məqsədlə Samux rayonunun Hacıallı kənd ərazisində yerləşən məntəqədə də heyvanların qansoran həşərat və gənələrə qarşı çimizdirilməsinə başlanılıb. Fermerlərin müraciəti əsasında rayon ərazisində yaylaqlara köçürüləcək xırda və iribuynuzlu heyvanlar Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssislərinin nəzarəti altında çimizdirilir və hazırda tədbirlər davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərə bir sıra tövsiyələr verilib:
- yaylaqlara köçürüləcək heyvanlar əvvəlcə baytar həkimi tərəfindən kliniki müayinədən keçirilməli;
- xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktki vaksinasiya cəlb edilməli;
- heyvanların çimizdirilməsi zamanı istifadə ediləcək preparatlar baytar həkiminin nəzarəti altında hazırlanmalı;
- tədbir baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə (qansoran həşərat və gənələrə qarşı) aparılması məqsədəmüvafiqdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır