“Caspian Agro” çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar davam edir
2023-05-18 00:00:00
Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2023) sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri davam edir.
Sərginin ikinci günündə ilk panel sessiya “Bitkiçilikdə məhsuldarlığı şərtləndirən aqrotexniki həllər və innovativ yanaşmalar” mövzusuna həsr olunub. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, dövlətin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində aqrar sahənin davamlı inkişafı davam edir. Bununla belə bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendləri dəyərləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını günümüzün çağırışlarına uyğun qurmaq vacibdir. Belə ki, kənd təsərrüfatı sırf təbiətlə bağlı sahə olduğu üçün qlobal iqlim dəyişikliyinin bu sahəyə neqativ təsiri getdikcə artmaqdadır. Artıq ənənəvi əkinçilik üsullarının qlobal iqlim dəyişikliyinin təsirlərinə dayanıqlılığı zəifləyir. Buna görə də “ənənəvi kənd təsərrüfatı istehsalı modeli”ndən “təsərrüfatın müasir idarəedilməsi”nə keçid günün əsas tələblərindən birinə çevrilir.
Panel sessiyalarda çıxış edən mütəxəssislər torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə gələcəyin əkinçiliyi kimi qəbul edilən resursqoruyucu torpaqbecərmə üsullarının xüsusilə iqlim dəyişikliyinin mənfi təsiri və suvarma suyu qıtlığı ilə üzləşən ölkələrdə kənd təsərrüfatının dayanıqlı inkişafında rolu vurğulanıb. Tədbirdə torpaqların aqrokimyəvi analizi, quraqlığa davamlı sortların yaradılması, qabaqcıl suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
Daha sonra sərgi çərçivəsində “Azərbaycanda bağçılıq və istixana tərəvəzçiliyinin inkişafı: nailiyyətlər, perspektivlər və innovasiyalar”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Rəqəmsal kənd təsərrüfatı: Startapların rolu”, “Kənd təsərrüfatının inkişafında assosiasiyaların rolu”, “Aqrar-sənaye kompleksinin modernləşdirilməsində yeni mexanizmlər: Aqroparklar” mövzularında panel sessiyalar keçirilib. Bildirilib ki, aqrar sahədə rəqəmsallaşma, yüksək texnologiyaların, innovativ yeniliklərin tətbiqi iqlim dəyişikliklərinin təsirinin minimuma endirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, iqlim-ağıllı kənd təsərrüfatı transformasiyasında innovasiyalar və rəqəmsal həllər mühüm rol oynayır. Bütün dünyada olduğu kimi Azəbaycanda da iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində müxtəlif panel sessiyalarda aqrar sahənin aktual mövzularına dair müzakirələr mayın 19-da davam edəcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır