Azərbaycanda buğda bitkisində pas xəstəliklərinin idarə edilməsi üzrə konfrans keçirilib
2023-05-19 00:00:00
Bildiririk ki, buğda bitkisi dünyada ən çox becərilən ərzaq bitkilərindən biridir. Lakin buğda bitkisinin məhsuldarlığının və istehsal həcminin artmasına bir sıra biotik faktorlar təsir göstərir. Bunlardan biri də “Puccinia” göbələyinin növlərinin törətdiyi pas xəstəliyidir. Xəstəlik Mərkəzi Asiya və Qafqazda geniş şəkildə yayılmaqdadır. Pas xəstəliyinin arealının artmasının iki əsas səbəbi vardır: göbələk sportlarının külək vasitəsilə uzaq məsafələrə yayılması və sortların xəstəliyə qarşı davamlılığının az olması və ya olmamasıdır.
Pas xəstəliyinin sürətli şəkildə artması, yeni pas xəstəliyi növlərinin müşahidə olunması, buğda bitkisinin məhsuldarlığına vurduğu ziyanı və digər faktorları nəzərə alaraq xəstəliyə qarşı effektiv tədbirlərin görünməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə monitorinq nəticələrinin, tədqiqat göstəricilərinin, təcrübə və bilik potensialının sürətli və davamlı olaraq mübadiləsi üçün beynəlxalq əməkdaşlığa ehtiyac vardır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi” (CAC Rust) layihəsi çərçivəsində ölkəmizdə pas xəstəliyinin vəziyyəti, ona qarşı mübarizə tədbirləri, pasa qarşı İnteqrir Bitki Mühafizə sisteminin qurulması, həmçinin bu sahədə fermerlərin maarifləndirilməsi və mütəxəssislərin bilik potensialının artırıması üçün tədbirlər həyata keçirməyə başlanılmışdır. Layihə iki il müddətini əhatə etmişdir. Həmin dövr ərzində 40 mütəxəssis və 60 fermer üçün “Buğda pasına qarşı davamlı sortlar və İnteqrir Bitki Mühafizəsi tədbirləri mövzusunda” ümumilikdə dörd təlim keçirilib. Həmçinin beynəlxalq təcrübəni mənimsəmək məqsədilə ötən ilin may ayında mütəxəssislər Türkiyənin İzmir şəhərində Regional Taxıl Pası Tədqiqat Mərkəzində təşkil edilmiş “Mərkəzi Asiya və Qafqazda taxıl pas xəstəliklərinin monitorinqi, irq analizi və buğda pas xəstəlikləri ilə mübarizə” təlimində iştirak edib.
Layihə dövrü ərzində yekun olaraq ölkə üzrə buğda pasının vəziyyətini və ona qarşı risk vəziyyətlərində yerinə yetiriləcək tədbirlərin müəyyənləşməsi üçün “Milli strateji proqram və fövqəladə hal planı” sənədi hazırlanıb. Görülmüş işlərin, hazırlanmış layihə sənədinin təqdimatı və gələcək fəaliyyətlərin müəyyənləşməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə konfrans keçirilib. Konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Türkiyə ofisinin mütəxəssisləri, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.
Konfransda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev konfrans iştirakçılarını salamlayaraq, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, eləcə də taxıl istehsalının artırılması üçün böyük pötensial imkanların olduğunu nəzərə catdırıb.
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən, sədr müavini Cəfər Məhərrəmov hazırlanmış “Milli strateji program və fövqəladə hal planı”nı barədə məlumat verərək regional əməkdaşlığın eləcə də ölkələr arasında məlumat mübadiləsinin rolununun əhəmiyyətini qeyd edib və bu sənədin ölkəmiz üçün gələcək risklərdən müdafiə olunmasının vacibliyini nəzərə çatdırıb.
FAO-nun Azərbaycan nümayəndəsinin köməkçisi Bariz Mehdiyev çıxış edərək FAO-nun əməkdaşlıq proqramlarından danışmış, həmçinin pas xəstəliyinə qarşı strateji yol xəritəsinin hazırlanmasında və həyata keçirilməsində FAO-nun birbaşa dəstəyinin olduğunu bildirib.
FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin əməkdaşı Fazil Düşüncəli layihənin nəticələrindən, gələcək üçün atılacaq addımlardan, eləcə də pasla bağlı monitorinqlərin, irq analizlərinin və bu sahədə beynəlxalq əməkdaşlığın rolundan danışıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov qlobal iqlim dəyişikliyinin aqrar sektora təsiri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov buğda bitkisinin xəstəlikləri üzrə həyata keçirilən tədqiqat işləri, Əkinçilik Elmi tədqiqat institutunun direktor müavini Qərib Novruzlu Buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üçün milli strategiya və fövqalədə hallar planının layihəsi, AXA-nın Toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Fikrət Feyziyev ölkədə buğda pasının vəziyyəti, pasla mübarizə strategiyası barədə məlumat verilib.
Sonda konfrans öz işini buğda pası xəstəliyi ilə bağlı yarana biləcək risklərə qarşı həyata keçiriləcək tədbirlərlə bağlı panel sessiyalarda davam etdirib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin kənd təsərrüfatı müşaviri Hakan Kalender iştirak edib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır