Ziyankar bağacıq buğda bitkisinin təhlükəli zərərvericisidir
2023-05-24 00:00:00
Bildiririk ki, Ziyankar bağacıq buğda və arpa bitkisinin əsas zərərvericilərindən biri olub, respublikanın bütün taxılçılıq bölgələrində yayılmışdır. Zərərverici ilə dənin 2-3% zədələnməsi onu tamamilə yararsız edir. Zədələnmiş dənin cücərmə qabiliyyəti zəifləyir, dənin və ondan alınan unun xoşagəlməz iyi olur və çörək bişirilmə qabiliyyəti azalır - xəmir qıcqırmır və çox dadsız, keyfiyyətsiz çörək əmələ gəlir. Yetkin bağacığın rəngi bozumtul sarıdan, qonur və ya qaraya qədər dəyişir. Uzunluğu 9-12 mm, eni isə 6-7 mm-dir. Ziyankar bağacığın yetkin fərdləri meşə və meşə zolaqlarında, kolluqlarda, bağlarda, alaqlı yerlərdə, bitkilərinin xəzəlləri altında qışlayır. Bu zaman onlar hərəkətsiz olur, qidalanmırlar. Erkən yazda (mart, aprelinəvvəlləri) havanın temperaturu +120C-dən çox olduqda bağacıqlar qışladıqları yerlərdən çıxaraq taxıl sahələrinə (buğda, arpa) miqrasiya edirlər. Bağacıqlar xortumları ilə bitkinin gövdəsinin əsasını deşərək, onun şirəsini sovurur, 4-5 gün qidalandıqdan sonra yumurta qoymağa başlayır. Yumurtalarını yarpaqlara, gövdələrə və sünbüllərə qoyurlar. Yumurtalarını 14 ədəd olmaqla iki sıraya qoyur. Şəraitdən asılı olaraq bir dişi fərd 200-ə qədər yumurta qoya bilir. Yumurtadan 1-2 həftədən sonra sürfələr çıxır, 5 dəfə qabıq dəyişir, 30-35 günə tam inkişafını başa çatdıraraq yetkin fərdə çevrilir. İldə bir nəsil verir. Sürfələr əvvəlcə bitkinin gövdə, yarpaq, sonra isə sünbülü zədələyərək onun şirəsini sovurur. Bağacıq həm bitkinin gövdəsini, həm də dənini zədələyir. Belə ki, yazda boruya çıxma fazasında bitkinin əsasını zədələdikdə əsas gövdə məhv olur, bitki quruyur. Bitki sünbülləmə ərəfəsində zədələnərsə sünbül vaxtından tez ağarır, dən əmələ gəlmir. Bağacıq sünbülləri zədələdikdə sünbüllərdə qismən və ya tam “ağsünbüllülük ” müşahidə olunur, sünbül isə dənsiz olur. Yeni əmələ gələn bağacıqlar da sürfələr kimi dənin şirəsini sorur, 10-15 gün qidalandıqdan sonra qışlama yerinə uçub gedirlər. Daha geniş zədələnmə tipi isə dəndə rast gəlinir. Bağacıq dəni zədələdikdə dənin içərisinə buraxdığı proteinaza fermenti dənun tərkibindəki zülalı məhlul halına gətirir, kleykovinanı parçalayır, nəticədə endosperm cücərmə qabiliyyətini itirir, dənlər qırışır, cılız olur və unun keyfiyyəti azalır. Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya ( zərərsizlədirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən bugünədək 20915 ha sahədə müşahidə aparılmış, 17083 ha sahədə sirayətlənmə müəyyən edilmiş, 16330 ha sahədə isə kimyəvi mübarizə tədbirləri aparılıb.
Aqrotexniki mübarizə: Taxıl bitkilərini zərərli orqanizmlərdən qorumaq üçün əkin sahələrində fitosanotar vəziyyət müəyyən edilməli, profilaktiki və məhedici tədbirlər aparılmalıdır. Ziyankar bağacıqla mübarizədə aqrotexniki və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə olunmalıdır. Torpaqda mexaniki işlərin aparılması, bitki qalığının təmizlənməsi, sələflərin dəyişdirilməsi, zərərvericinin qidalanma yerlərində əlverişsiz şəraitin yaradılması onların sayının azalmasına səbəb olur. Aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün əlverişli vaxt, məhsul yığımından əkinə qədər olan müddətdir. Bitkilərin yaxşı boyüməsi və inkişafı üçün aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Torpaq səpin üçün diqqətlə hazırlanmalı, gübrələnməli, səpin dar cərgələrlə vaxtında aparılmalı, bitkilərə əlavə yemləmə gübrələri verilməli və alaq otları məhv edilməlidir. Erkən səpinin aparılması tezyetişən və davamlı sortlardan istifadə olunması məhsulun tez yetişməsinəsəbəb olur. Sahədən dənin tez yığılması bağacıqlarla bitkinin zədələnməsinin qarşısını alaraq, məhsul itkisini xeyli azaldır. Orqanizmdə qida maddələrinin az toplanması və qışlama yerlərində əlverişsiz şəraitin olması (temperaturun kəskin düşməsi, qar örtüyü, rütubətin yüksək olması, göbələk xəstəlikləri və s.) bağacıqlarm məhv olmasına təsir edir. Bağacıqlaın sayına vegetasiya müddətində leysan yağışların yağması, entomofaqlar da güclü təsir edir. Faydalı həşəratların inkişafı üçün əlavə qida mənbəyi olan kol və yabanı gül bitkilərinin olduğu yerləri təbii vəziyyətdə saxlamaq lazımdır.
Kimyəvi mübarizə: Təsərrüfatda zərərvericilərin kütləvi yayılması və ziyan vurması zamanı yüksak məhsul itkisinə yol verməmək üçün kimyəvi mübarizə tətbiq olunmalıdır. Vegetasiya müddətində dərmanlanma vaxtının düzgün təyin edilməsi bitkinin zədəbnməsinin qarşısmı alır, dənin keyfiyyət göstəricilərini saxlamqla yanaşı məhsul itkisinə də yol vermir. Zərərverici həşəratların sayı iqtisadi ziyanlı həddi keçdikdə kimyəvi mübarizə tətbiq olunmalıdır. İZH taxıl sahəsinin lm2 -də qışlamış bağacıqların sayı 2-3 ədəd, sürfələrin sayı isə (süd yetişmə fazasmda) güclü buğdalarda 1-2, adi buğdalarda 5-6 ədəd olarsa dərmanlama apanlmalıdır. Dərmanlanmadan öncə bağacıqlar sahədə sayı müəyyən olunmalı, onların sayı yalnız göstərilən həddən çox olduqda kimyəvi mübarizənin aparılması labüddür. Yazda qışlama yerlərindən əkin sahələrinə uçub gələn bağacıqlar əvvəlcə daha çox taxıl sahələrinin kənarlarmda toplaşdığından bu yerlərin dərmanlanması lazımdır. Təkrar dərmanlanmanm aparılması sürfələrin lm2 - dəki sayı ilə müəyyən olunur. Zərərvericinin sayı 1m2-də 2 ədəd olarsa təsiredici maddəsi Thiametoksam 250qr/l (0,06-0,08 kq/ha), Lyamda siqalotrin 50 qr/l (0,150 l/ha) və ya Deltametrin 25 qr/l (0,250 l/ha) olan preparatların biri ilə mübarizə tədbirləri aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır