Tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib
2023-06-09 00:00:00
Respublikada yaş barama tədarükü davam edir. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib. İyunun 8-də respublika üzrə 8,43 ton yaş barama tədarük olunub.
2023-cü ildə Azərbaycanın 41 rayonunda yaş barama tədarükü aparılıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 53 tona yaxın yaş barama təhvil veriblər. Ağcabədi (34,2 ton), Balakən (21,12 ton), Zaqatala (20,11 ton), Bərdə (19,69 ton), Tərtər (13,66 ton), Lənkəran (8,76 ton), Füzuli (7,6 ton), Ağdam (7,58 ton), Sabirabad (6,97 ton) və Yevlax (6,96 ton) ən çox yaş barama tədarük edən rayonlardır.
Yaş barama tədarükü davam edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır