Tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilib
2023-06-14 00:15:00
Respublikada barama istehsalı mövsümü başa çatmaq üzrədir. Bu il Azərbaycanın 41 rayonunda yaş barama tədarük olunur. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 328 ton yaş barama təhvil verilib.
Artıq bəzi rayonlarda barama tədarükü başa çatıb. 2023-cü ildə respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,326 ton), Zaqatala (27,865 ton), Balakən (27,855 ton), Bərdə (20,982 ton), Tərtər (14,475 ton), Füzuli (10,361 ton), Lənkəran (9,818 ton), Sabirabad (9,287 ton), Ağdam (9,157 ton) və Yevlax (8.425 ton) ən çox yaş barama tədarük edən rayonlardır.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Yaş barama tədarükü davam edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır