Texnika istifadəçilərinə səyyar xidmət göstərilib
2023-06-21 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib.“Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır.
Tədbir zamanı qısa müddət ərzində Göygöl, Daşkəsən rayonlarından müraciət etmiş texnika sahibləri üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 37 ədəd sürücülük vəsiqəsi dəyişdirilib, 34 ədəd texnikalar ilkin və təkrar dövlət qeydiyyata alınıb və texniki baxışa cəlb olunub. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirilməsi davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır