Samux rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər yekunlaşır
2019-11-19 00:00:00
Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Qeyd edək ki, Samux rayonunda epizootik durumun qorunması məqsədi ilə rayonda aparılan müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında icra edilib. Aqrar Xidmətlər Agentliyinin Samux Rayon Baytarlıq İdarəsi verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə çatdırılıb və heyvanlara tətbiq edilib. Belə ki, cari ilin müvafiq dövrü ərzində rayonda 27528 baş iribuynuzlu, 148968 baş xırdabuynuzlu, 2687 baş təkdırnaqlı heyvanda qarayara, 42238 baş iribuynuzlu, 259763 baş xırdabuynuzlu heyvanda dabaq, 27210 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 4333 baş iribuynuzlu, 3436 baş xırdabuynuzlu heyvanda leptospiroz, 172628 baş xırdabuynuzlu heyvanda çiçək, 12383 baş xırdabuynuzlu heyvanda (Rev-1), 1521 baş iribuynuzlu heyvanda (S-19) bruselyoz, 3029 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 223582 başda “La-sota” vaksini, 157359 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 440 baş iribuynuzludan, 1 baş atdan və 39 baş ana qoyundan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də 4 baş qoçdan epdidimit, 1 baş atdan rinopnevmanya, atların viruslu artridi, atların yoluxucu ensefalomieliti, atların cütləşmə və manqo xəstəliklərinə görə müayinəsi məqsədi ilə qan nümunələri götürülüb.
Samux Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində 48 obyektdə 33228 kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 7 obyektdə 5418 kvadratmetr ərazidə məcburi dezinfeksiya, 33 obyektdə 73350,5 kvadratmetr ərazidə dezinseksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilib.
Onu da qeyd edək ki, hazırda Samux rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin noyabr ayının sonuna kimi yekunlaşması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır