Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Gürcüstan Respublikasında keçirilən təlimdə iştirak edib
2023-06-22 00:00:00
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkələrin idarə olunmasının təkmilləşdirilməsi Proqramı” çərçivəsində Gürcüstanın Kaxetiya bölgəsində cari ilin iyun ayında beynəlxalq ekspertlərin və qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə təlim keçirilib. Təlimdə ölkələrdən 31 nümayəndə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin Bitkiçiliyin təşkili sektorunun müdiri İlham Bayramov, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Asif Tağıyev və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Samux rayon Mərkəzinin baş aqronomu Samir Şəmilov iştirak edib. Təlimin keçirilməsində əsas məqsəd ilk dəfə olaraq çəyirtkələrə qarşı bioloji mübarizə üsulun tətbiqi istiqamətində Metarhizium acridum göbələk tərkibli yağ əsaslı toz şəkilində olan Novacrid biopreparatının bioloji səmərəliliyinin müəyyən edilməsi məqsədilə əyani olaraq sahə nümayişlərinin təşkilidir.
Yekunda sahə nümayişlərində nail olunmuş səmərəli nəticələrin müzakirəsinə dair dəyirmi masa təşkil edilmiş, beynəlxalq ekspertlərin və nümayəndələrin iştirakı ilə elmi-təcrübi fikir mübadiləsi aparılııb.
Bildiririk ki, ölkəmizdə sürü əmələ gətirən çəyirtkələrə qarşı kompleks mübarizə sistemində preventiv bioloji mübarizə üsulunun tətbiqinə nail olunması, o cümlədən, xüsusi mühafizə olunan və qoruq ərazilərdə, parklarda və digər ekoloji həssas zonalarda çəyirtkələrə qarşı mübarizədə biopreparatların tətbiqinə üstünlük verilməsi, həmçinin “Çəyirtkələrlə mübarizədə istifadə olunan bioloji preparatın işçi məhlulunun hazırlanması, tətbiqi və bioloji səmərəliliyinin qiymətləndirilməsi metodikası” mövzusunda maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır