Heyvanları günvurmadan necə qorumalı? - Mütəxəssis tövsiyəsi
2023-07-06 00:00:00
Hal-hazırda yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı heyvanları arasında günvurma hallarına daha çox rast gəlinir. Belə hallarda heyvanların məhsuldarlığı 25-30 % aşağı düşür. Bu baxımdan sahibkarların günvurma hallarının kliniki əlamətlərini bilməsi və bunlara qarşı mübarizə tədbirlərinin aparması vacib şərtlərdən biridir.
Qeyd edək ki, günvurma kəskin formalı xəstəlik olub, bilavasitə günəşin düz şüalarının baş beyinə təsiri nəticəsində sinir mərkəzlərinin pozulması ilə səciyyələnir. Xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları tutulur.
Heyvanlar uzun müddət qızmar günəş altında saxlandıqda günvurmaya daha tez mәruz qalır.
Günəşin düz, şüalarının baş nahiyəsində uzun müddət təsiri nəticəsində baş beyin qişası qızır, beyin qişasında temperatur normadan 2-3 oC artıq olur. Baş beyin və qişasında hiperemiya və ödem əmələ gəlir, kəllədaxili təzyiq yüksəlir. Nəticədə baş beyin qişasında funksiya pozğunluqları başlayır, tənəffüs mərkəzi və damarları hərəkət etdirən mərkəzlərin fəaliyyəti pozulur. Nəticədə ürək-damar çatışmazlığı və ya tənəffüs sisteminin pozulması baş verərək, ölümə səbəb ola bilər.
Əlamətləri: əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan huşunu itirərək yıxılır, bəbəkləri genəlir, reflekslər kəskin surətdə zəifləyir.
Ürək-damar və tənəffüs sistemi üzvlərində dəyişiklik əmələ gəlir: selikli qişalar solğunlaşır və yaxud qızarır, nəbz dalğaları kiçilir, damarlar qanla kifayət qədər dolmur və yaxud damarlar çox dolğun görünür, qusma, ishal baş verə bilər, ürəyin tonları pozulur, tənəffüs tezləşir və ritmi dəyişir, aritmiya müşahidə olunur. Xəstə heyvana vaxtında müvafiq ilkin yardım və baytar yardımı göstərildikdə, 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində mövcud olan pozğunluqlar aradan qaldırılır, lakin heyvanda ümumi zəiflik hələ bir neçə gün davam edir. Əks halda müalicə aparılmadıqda və günəşin düz şüalarının təsiri aradan qaldırılmadıqda heyvanda koma halı başlayır: heyvan yerə yıxılır, reflekslər itir, qıcıqlara cavab reaksiyası vermir, qeyri-iradi olaraq sidik və nəcis ifraz edir, tənəffüs çətinləşir, nəbz zəifləyir. Başın və bədənin dərisi isti və quru olur.
Profilaktik tədbirlər: Çox günəşli, isti və bürkülü günlərdə heyvanları günvurmadan qorumaq üçün qaya kölgəsi, axar çay sahili, küləkdöyən və ya meşəlik ərazilərdə saxlamaq məqbul hesab edilir. Kölgəlik olmayan yerlərdə süni kölgəliklər (çardaqlar) yaradılmalıdır. Qoyunlar vaxtında qırxılmalı, heyvan sahibləri və fermerlər yay dövründə daha diqqətli olmalıdırlar.
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, yay aylarında, çox günəşli günlərdə kənd təsərrüfatı heyvanlarını günün isti vaxtlarında, yəni saat 11:00-dan 17:00-dək günvurmadan qorumaq üçün zoogigiyenik qaydalarına riayət etməklə kölgədə saxlamaq və yemləmə və bəslənməsinə baytar həkiminin nəzarəti altında diqqət yetirilməli, əsasən, asan həzmə gedən yemlər və təmiz içməli su verilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır