Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının vəhşi təbiət üzrə Milli Əlaqələndiricilərin VI Regional Seminarı keçirilib
2023-07-06 00:55:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Polşa Respublikasının Varşava şəhərində vəhşi təbiət üzrə Avropadakı Milli Əlaqələndiricilər üçün VI Regional Seminar təşkil etmişdir. Seminarda 38 ölkədən nümayəndə iştirak etmişdir.
Seminarın məqsədi heyvan sağlamlığını, heyvanların rifahını və heyvan mənşəli ərzaq, qida məhsullarının təhlükəsizliyini yaxşılaşdırmaq, çevik idarəetməni təmin etməklə milli, regional və beynəlxalq səviyyələrdə Milli Əlaqələndiricilərin funksiya və məsuliyyətlərini izah etmək və rolunu genişləndirməkdir.
Avropada vəhşi təbiət üzrə Milli Əlaqələndiricilərin hazırlanması 2009-cu ildə Fransanın Lion şəhərində keçirilən ilk seminarda qəbul edilmiş və hər iki ildən bir keçirilməsi barədə qərar qəbul edilmişdir.
Seminarda dünyada baş verən qloballaşma, iqlim dəyişiklərinin vəhşi təbiət üçün də problemlər yaratdığını nəzərə alaraq heyvan sağlamlığı və rifahının qorunması istiqamətində kompleks tədbirlərin icrasının vacibliyi qeyd edilib.
Milli Əlaqələndiricilərin vəhşi təbiət üzrə əsas fəaliyyət istiqamətləri -profilaktika işlərin təşkili, sərhəd zolaqları və zonalarında xəstəliklərə görə risklərin qiymətləndirilməsi, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün müvafiq təşkilatlarla kommunikasiyalı şəkildə idarəetmənin təşkili, WAHİS+WAHİS-WILD hesabatçılığın təmin olunmasında standartlar və meyyarlar qeyd edilib.
Vəhşi təbiətdə uzun müddətdir ki, sirkulyasiya edən yüksək patogen quş qripi, donuzaların Afrika taunu, quduzluq kimi xəstəliklərə qarşı mübarizə, nəzarət və onlara qarşı kompleks tədbirlərin icrasına dair ölkələrin təcrübələrinə dair təqdimatlar olmuşdur.
Seminarda idarəetmədə insan və insan resurslarının düzgün qiymətləndirilməsi, vəhşi heyvanların populyasiyasına nəzarətin vacibliyi nəzərə çatdırılıb.
Qeyd edək ki, seminarda ölkəmizi Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov təmsil edərək ölkəmizdə vəhşi təbiətdə heyvan sağlamlığının qorunması sahəsində görülən işlər barədə məlumat verərək quduzluq xəstəliyinə qarşı təbii rezervuarlarda ilk dəfə oral immunizasiyanın aparıldığını, eyni zamanda Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılmasını bildirmişdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır