Çəyirtkələrə qarşı mübarizə tədbirləri davam edir
2023-07-10 00:00:00
Hər il olduğu kimi, cari ildə də respublikanın müxtəlif rayonlarında çəyirtkəkimilərə qarşı mübarizə aparmaq məqsədi ilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən istifadə ediləcək maşın-mexanizmlərin dislokasiyası həyata keçirilib, lazımi dərman və yanacaq ehtiyyatı yaradılıb, bütün maşın-mexanizmlər sazlanaraq hazır vəziyyətə gətirilib. Belə ki, Qobustan rayonunun Cəmcəmli kəndində yeni salınmış meyvə bağlarına (ərik, gilas, şaftalı, badam, alça) çəyirtkələrin sirayətlənməsinin qarşısını almaq məqsədi ilə Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssiləri tərəfindən sahələrə baxış keçirilmiş, ərazidə sirayətlənmə aşkar edilmiş və həmin ərazilərdə 3-cü dəfə “SCOUT” tipli çiləyici aparatla kimyəvi mübarizə tədbirləri aparılmışdır. Ümumilikdə, fermerin 40 hektara yaxın ərazisində və eyni zamanda ətraf ərazilərdə dövlət büdcəsinin vəsaiti hesabına alınmış preparatla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Aparılan mübarizə tədbirləri nəticəsində sahələrin zərərvericilərlə sirayətlənməsinin qarşısı alınıb.
Bildiririk ki, AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə qarşı ümumilikdə 28 min hektar sahədə müşahidələr aparılmış, 11 min hektardan artıq sahədə sirayətlənmə aşkar edilmiş və 6 min hektardan artıq sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Bildiririk ki, Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır