Nazir Məcnun Məmmədov Bərdə və Ağcabədidə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2023-07-12 15:02:30
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə və Ağcabədi rayonlarında təsərrüfatlara baş çəkib, yerli qurumların kollektivləri və fermerlərlə görüşüb.
Nazir öncə Bərdə baramaqurutma müəssisəsinin fəaliyyəti ilə tanış olub, ilk dəfə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hibrid ipəkqurdu toxumlarının inkubasiyası, yaş barama istehsalı və tədarükü prosesinin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, bu il pilot layihə olaraq Bərdə və digər 6 rayon üzrə yaş barama tədarükünə özəl sektor cəlb olunub. İpəkqurdu toxumları yaş barama tədarük edəcək kümçülərin təsərrüfatlarında inkubasiya olunub, yem tədarükü, yaş baramanın təhvili, məhsulun qurudulması və saxlanılması prosesi xarici təcrübə əsasında təşkil edilib. Yaxın zamanlarda müəssisədə xammalın ilkin emalı prosesinə start veriləcək. Pilot layihənin nəticələri müzakirə olunduqdan sonra növbəti mövsümlərdə bu təcrübədən digər rayonlarda da istifadə olunması nəzərdə tutulur.
Daha sonra nazir Bərdə Peşə Liseyində keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib, müxtəlif stendlərdə nümayiş olunan aqrar texnologiyalarla tanış olub, aqrar fəaliyyətdə tətbiq olunan texnologiyaların təsərrüfatda təcrübi tətbiqi ilə bağlı fermerlərlə fikir mübadiləsi aparıb.
Nazir Məcnun Məmmədov səfər çərçivəsində Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, Regional Toxum Sertifikatlaşma Mərkəzinin, Regional Aqrokimya Laborarotiyasının fəaliyyəti ilə tanış olub.
Daha sonra Ağcabədi rayonuna səfər edən Məcnun Məmmədov Qarabağ Atçılıq Kompleksinə, Ağcabədi Toxum Emalı Zavoduna baş çəkib. Qarabağ Atçılıq Kompleksində damazlıq-seleksiya işlərinin təşkili, atların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olan nazir öz tapşırıq və tövsiyələrini verib. Nazir həmçinin Ağcabədi Toxum Emalı Zavodunda toxumluq materialın qəbulu, çeşidlənməsi, dərmanlanması və qablaşdırılması prosesi ilə maraqlanıb.
Nazir Məcnun Məmmədov Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə baş çəkib, kollektivlə görüşüb, rayon üzrə yaş barama tədarükü, taxıl biçininin gedişi, yazlıq əkinlər, heyvandarlıq müəssisələrinin fəaliyyəti, payızlıq əkinlərin bəyanı prosesinə hazırlıq işləri barədə fikir mübadiləsi aparıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır