Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək
2023-07-18 00:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən təcrübə proqramının seçim turu başa çatıb.
İki mərhələli seçim əsasında imtahanlardan uğurla keçən 40 nəfər İsrailin Arava bölgəsində təcrübə keçmək imkanı əldə edib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov təcrübə proqramının 2022-2023-cü il üzrə məzunları və təcrübə proqramında iştirak etmək hüququ qazanmış gənc mütəxəssislər ilə görüşüb.
Görüşdə Nazirliyin gələcək fəaliyyət istiqamətləri, aqrar sahə qarşısında duran prioritetlər haqqında məlumat verilib, məzunların təcrübələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb və aqrar sahədə İsrail təcrübəsinin dərindən öyrənilməsi tövsiyə edilib.
Qeyd edək ki, təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Eyni zamanda proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edəcəklər. Təcrübə proqramı 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək davam edəcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır