Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması mövzusunda tədbir keçirilib
2023-07-27 00:00:00
Gədəbəy rayonunda Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə “Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi, AXA əməkdaşları, dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin rəhbərləri, eləcə də fərdi (özəl) baytarlıq praktikası ilə məşğul olan baytar həkimləri iştirak edib.
Tədbirdə çıxış edən AXA-nın sədr müavini Eldar Həsənov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi vacibdir.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi görülmüş işlər barədə məlumat verib. Vurğulanıb ki, bazar iqtisadiyyatının tələbinə uyğun baytarlıq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində islahatlar aparılıb, özəl baytarlıq xidmətinə keçid təmin olunub. Dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri baytar həkimləri ilə AXA arasında bağlanılmış müqavilə əsasında, digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri fermerlərə ödənişli əsaslarla, qarşılıqlı razılaşma yolu ilə həyata keçirilir. Bu da rəqabət mühitinin formalaşmasına, baytar həkimlərinin bilik və bacarıqlarının, gəlirlərinin artırılmasına, həmçinin xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərib. Hazırda bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı vaksinasiya tədbirləri davam etdirildiyini və cari ildə də vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi, ölkədə epizootik vəziyyətin sabit saxlanılması üçün rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin üzərinə böyük vəzifə qoyulduğunu nəzərə çatdırıb.
Tədbirdə Gədəbəy, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və Qazax rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək bölgədə epizootik vəziyyət, yerlərdə qarşılaşdıqları çətinliklər barədə məlumat verib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır