Bölgələrdə toxumçu fermerlərlə görüşlər keçirilir
2023-07-28 00:15:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə bölgələrdə toxumçu fermerlərlə görüşlərin keçirilməsi davam edir. Növbəti görüş Tovuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutub. Görüşdə Tovuz, Ağstafa, Göygöl, Qazax, Şəmkir, Samux rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan 30-dan çox fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Anar Əzimov kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas prioritet vəzifələrdən oldugunu nəzərə çatdırıb. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başlandığını deyən AXA-nın sədr müavini bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb. Fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və sertifikatlı toxumdan istifadənin vacibliyi nəzərə çatdırılıb.
Sonra Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva çıxış edərək bildirib ki, regionlarda toxumçuluğun elmi əsaslarla inkişafı daimi diqqət mərkəzində saxlanılır. Bu mədsədlə Assosiasiya tərəfindən toxumçulara daim dəstək göstərilir, qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün məsləhət və tövsiyələr verilir. Fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir.
Görüşdə fermerlərin toxumların vaxtında sertifikatlaşdırılma prosesini həyata keçirmək, eləcə də məlumatların vaxtında EKTİS - ə daxil edilməsinin vacibliyi nəzərə çatdırılıb. Həmçinin, toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub.
Sonda toxumçularla müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, fermerləri maraqlandırılan suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. Bölgələrdə görüşlər davam edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır