Quba və Xaçmazda “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirilib
2023-07-31 00:30:00
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Yaşıl İqlim Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Quba və Xaçmaz rayonlarında fermerlər üçün “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirib.
Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi çərçivəsində əvvəlcə Qubada təşkil olunan təlimdə yerli fermerlərə,"İqlim dəyişməsi və iqlim dəyişməsinə adaptasiya", "İqlim dəyişməsinin kənd təsərrüfatına təsirləri", "Kənd təsərrüfatında sudan səmərəli istifadə və müasir suvarma sistemləri", "Quraqlığa və Şoranlığa davamlı taxıl sortlarının yetişdirilməsi", "İqlim dəyişiklərinin kişi və qadınlara təsiri" və "Sudan səmərəli istifadə də qadınların və kişilərin töhfələri" mövzularında təlimlər keçirilib.
Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzinin direktoru Azər Sərdarlı çıxış edərək bildirib ki, iqlim dəyişikliyi Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə , o cümlədən, taxıl və meyvə sahələrinə ciddi təsir göstərir: - Fermerlər bu təsirləri azaltmaq üçün bir sıra strategiyalardan tədbiq edə bilərlər. Taxılçılıqda sudan istifadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərinin tətbiqi, quraqlığa və şoranlığa davamlı taxıl sortlarının becərilməsi, bitki sıxlığının hava proqnozlarına uyğun tənzimlənməsi və qabaqlayıcı aqrokimyəvi tədbirlərin görülməsi əsas yanaşmalardandır.
BMT-nin İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev isə çıxışında vurğulayıb ki, zərərvericilər və onların iqlim dəyişikliklərinə reaksiyası haqqında aydın anlayışa malik olmaq zərərvericilərə qarşı mübarizə tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan verir: "Bu strategiyaları qəbul etməklə Azərbaycanda kənd təsərrüfatında iqlim dəyişikliyinin yaratdığı çətinliklərin öhdəsindən daha yaxşı gəlmək olar.
Digər tərəfdən, fermerlər meyvə sahələri üçün həm ənənəvi şaxtaya qarşı mübarizə üsullarından, həm də su çiləyicilər, kölgələmə sistemləri və doluya davamlı örtüklər vasitəsilə yeni növ anti-donma üsullarından istifadə etməklə həssas havaya hazırlaşa bilərlər".
İki gün davam edən təlim Quba və Xaçmaz rayonlarında yerli fermerlərə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq yolları, o cümlədən, quraqlığa və şoranlığa davamlı taxıl sortlarının becərilməsi, kənd təsərrüfatında müasir suvarma sistemlərində sudan səmərəli istifadə, meyvə bağlarında gözlənilən əlverişsiz hava şəraitinə hazırlıq üçün profilaktik tədbirlərdən ibarət olub.
Həmçinin, proqramın bir hissəsi olaraq, layihə komandası yerli fermerlər üçün iqlim dəyişikliyi ilə əlaqədar kənd təsərrüfatı sektorunda üzləşdiyi problemlər haqqında məlumatlarını artırmaq məqsədi ilə interaktiv sorğu keçirilib.
Bundan əlavə, iştirakçılar yerli mütəxəssislərlə birlikdə su sektorunda gender aspektini hərtərəfli müzakirə edərək, iştirakçıları iqlim dəyişikliyinin həm kişilərə, həm də qadınlara diferensial təsirləri, eləcə də sudan səmərəli istifadədə qadın və kişilərin töhfələri haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, təlimin ölkənin 20 rayonunda keçirilməsi nəzərdə tutulub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır