Laçın yaylaqlarındakı yak təsərrüfatında döl prosesi başa çatıb
2023-08-08 00:00:00
Döl dövründə təsərrüfatda 33 baş buzov (mamalak) doğulub.
Laçın rayonunun yüksək dağlıq ərazilərində pilot layihə çərçivəsində yaradılmış yak təsərrüfatında döl prosesi başa çatıb. Döl dövründə təsərrüfatda 33 baş buzov doğulub və tanınma nişanı ilə identikləşdirilib. Təsərrüfatdakı yakların və yeni doğulmuş buzovların yerli şəraitə adaptasiya prosesi davam edir.
Havanın temperaturu 20 dərəcədən yuxarı olmayan açıq ərazilərdə bəslənən yakların yerli şəraitə sürətlə uyğunlaşdığı müşahidə olunur. Baytar həkimləri yakları və yeni doğulmuş buzovları daim müayinə edir, onların çəki artımı, böyümə sürəti, iqlim dəyişiklikləri zamanı davranışları ilə bağlı qeydiyyat aparırlar.
Təsərrüfatda baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün təlim keçmiş mütəxəssislər daimi müşahidələr nəticəsində yakların yerli şəraitə sürətlə uyğunlaşdığını bildirirlər. Otlaqlarda il ərzində daimi yem ehtiyatının olması, keyfiyyətli su mənbələrinin çoxluğu yakların, xüsusilə də yeni doğulmuş buzovların adaptasiya prosesini sürətlə keçməsində mühüm rol oynayır.
Qeyd edək ki, yaklar Tibet dağları, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan, Əfqanıstan, Pakistan, Çin və digər ölkələrin yüksək dağlıq bölgələrində yetişdirilir. Keçmiş Sovet İttifaqında yaklar Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yetişdirilmiş və onların yerli şəraitə adaptasiyası qeyd edilmişdir.
Yak heyvan növünün əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahələrində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilir.
Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır