Aqrar Xidmətlər Agentliyində baytar mütəxəssisləri üçün təlimlər davam etdirilir
2019-11-20 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş və xüsusi təhlükəli xəstəliklərə dair təlimlər davam etdirilir.
Görüşdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib ki, tədbirin əsas məqsədi profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsi, işin səmərəliliyinin, operativliyinin, effektivliyinin, eləcə də baytar mütəxəssislərin peşə və bilik səviyyəsinin artırılması, mövcud problem və çatışmazlıqların həllinin qısa vaxtda və operativ təmin edilməsidir.
Sədr bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verən sədr müavini Bayandur Rzayev heyvan sahibləri ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyindən danışıb. B.Rzayev xəstəliklər barəsində fermerlər arasında təbliğat-təşviqat işlərinin gücləndirilməsinin, xüsusi təhlükəli xəstəliklərə qarşı istifadə edilən vaksinlərin “soyuq zəncir” prinsipi əsasında heyvanların baş sayına uyğun tətbiq edilməsinin, bu sahədə məsuliyyətin artırılmasının, ambulator kitabın və digər sənədləşmənin vaxtında və düzgün tərtib olunmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Tədbirin sonunda S.Mövlayev rayon baytarlıq idarələrinə günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, mütəmadi olaraq heyvan sahiblərinin yanında olmalarını və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyyə edib, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.
Görüşdə iştirak edən 16 rayon baytarlıq idarəsinin rəhbərlərinin qısa məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib və aparılacaq peyvəndləmə tədbirlərinin uğurla başa çatdırılacağı bildirilib.
Görüş çərçivəsində iştirakçılar üçün “Xüsusi təhlükəli xəstəliklər-bradzod, bruselyoz, xırdabuynuzlu heyvanların çiçək, donuzların klassik taunu, dabaq, leptospiroz, manqo, nodulyar dermatit, pasterelyoz, qan-parazitar, quduzluq, qarayara xəstəlikləri, biomühafizə və biotəhlükəsizliklər” qaydalarına dair ikigünlük təlimlər keçirilib.
Qeyd edək ki, görüş və təlimlər bundan sonra da davam etdiriləcək və baytar mütəxəssisləri mərhələli şəkildə tədbirlərə cəlb ediləcəklər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır