Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyə Respublikasında səfərdə olublar.
2023-08-15 00:00:00
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatına Dəstək” layihəsi çərçivəsində FAO-Azərbaycan və FAO-Türkiyə ofislərinin birgə təşkilatçılığı və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəstəyi ilə Agentliyin əməkdaşları Türkiyə Respublikasında səfərdə olublar. Nümayəndə heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Kənd Təsərrüfatı İslahatı İdarəsində, Kənd Təsərrüfatı Texnikası və Maşınları Test Mərkəzi Müdirliyində (TAMTEST), kənd təsərrüfatı texnikası istehsal edən zavodlarda, eləcə də texnikalara texniki baxış göstərilən mərkəzdə olublar. Səfər çərçivəsində TAMTEST mərkəzinin iş prinsipləri ətraflı öyrənilib, kənd təsərrüfatı maşın və avadanlıqlarının ölkəyə idxalı prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması imkanları araşdırılıb, müvafiq qanunvericilik bazaları üzrə müzakirələr aparılıb. Qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, o cümlədən məlumat bazalarının ötürülməsi və mütəmadi təcrübə mübadilələrin aparılması qərara alınıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır