HEYVANLARDA PASTERELYOZ XƏSTƏLİYİ - HANSI MÜBARİZƏ TƏDBİRLƏRİ APARILMALIDIR?
2023-08-23 00:00:00
Pasterelyoz xəstəliyinə iribuynuzlu heyvanlar, qoyunlar, donuzlar, bir sıra vəhşi heyvanlar və quşlar həssasdır.
Pasterelyoz xəstəliyi heyvandarlıq və quşçuluq təsərrüfatlarına ciddi ziyan vurur. Belə ki, heyvanlarda qızdırma, intoksikasiya əlamətləri, ishal, şişkinliklər, quru ağrılı öskürək, artritlər, osteomielitlər müşahidə edildikdə Pasterelyoza şübhə yaranır. Təbii şəraitdə xəstəlik törədicisi xəstə heyvanlardan sağlamlara hava-damcı yolu ilə, alimentar yolla, həmçinin dəri örtüyünün tamlığının pozulması yolu ilə, eləcə də sağlam təsərrüfatlara xəstəlik törədicisi gəmiricilər, qansoran həşəratlar, nəqliyyat vasitəsi ilə, qeyri-sağlam təsərrüfatdan gətirilmiş heyvanlar vasitəsi ilə keçə bilər.
Heyvanların yemlənməsinin düzgün və rasional aparılmaması, saxlanma şəraitinin zoogigiyenik tələblərə uyğun olamaması xəstəliyin yaranmasına və ağır patoloji nəticələrə səbəb olur. Bu xəstəliyi bəzən “məişət xəstəliyi” də adlandırırlar.
Törədici suda və peyində 2-3 həftə, bağırsaq möhtəviyyatında 6-10 gün, tələf olmuş heyvan cəmdəyində 4 ay qala bilir.
Kliniki əlamətlər:
İribuynuzlu heyvanlarda :
- Gövşəmə və laktasiyanın dayanması;
- Bədən temperaturunun yüksəlməsi (41-42 dərəcə), selik qişalarda anemiya, septiki formada selikli qişalarda qansızmaların görünməsi;
Bağırsaq formasında:
- Ümumi zəiflik və proqressiv anemiyanın baş verməsi;
- Susuzluq, perestaltikanın və defekasiyanın əvvəl zəifləməsi daha sonra sulu ishal, irin qarışıq qanlı ishalın olması;
- Döşaltı nahiyədə, boyunda, cinsiyyət orqanlarında sürətlə yayılan ağrılı, isti, xışıldamayan şişkinliklər olması ;
- Boyun və dil nahiyəsində şişkinliklər olduqda çətin nəfəs alma, qatı yapışqan seliyin olması;
Ağciyər formasında əlavə olaraq:
- Krupoz pnevmoniya, halsızlıq, çətin nəfəs alma, quru ağrılı öskürək, burundan irinli və yaxud köpüklü seroz axıntı gəlməsi;
- Güclü septisemiya əlamətləri olan hallarda ürək çatışmazlığından bir neçə saat ərzində ölümün baş verməsi müşahidə edilir.
“B tipi” ilə əsasən quzular və cavan heyvanlar yoluxur :
- Bədən hərarətinin 41-42 dərəcəyə qalxması;
- Narahatlıq, halsızlıq, bəzən Iştahın tam itməsi;
- Tez-tez və ağır nəfəs alma, Iti formada seroz və selik qişalarda çoxsaylı qansızmaların olması;
- Heyvanın qəflətən yerə yıxılaraq bir neçə dəqiqə ərzində ölməsi;
- Xəstə heyvanın yerdə uzanaraq başını yana doğru əyiməsi və ya arxaya doğru dartması;
- Yaş xırıltılı öskürək, burundan irinli selik axması, konyuktivitin yaranması;
- Mədə bağırsaq traktının zədələnməsi nəticəsində hemorroji enteritin baş verməsi;
- Çənəaltı, boyun, döşaltı nahiyədə şişkinlik, axsama, bursit, artritin yaranması müşahidə edilir.
“S tipi” və”D tipi” ilə əsasən yaşlı qoyunlar yoluxur:
- İştahın itməsi, ishalın baş verməsi;
- Zəif büruzə verən rinit və konyuktivitin müşahidə edilməsi;
- Halsızlıq, səndəlləmə, belin donqarlanması, xəstə heyvanın uzanaraq başını arxaya dartması;
- Xroniki pnevmoniya, çox hallarda proqressiv kaxeksiya nəticəsində ölümün baş verməsi müşahidə edilir.
Xəstəlik 1-2 gündən 1-2 həftəyədək davam edə bilər.
Fermerlərə tövsiyyə:
- Yuxarıdakı kliniki əlamətlər müşahidə edilərsə dərhal baytar həkiminə müraciət edilməlidir.. Pasterelyoz xəstəliyinin müalicə və profilaktiki işlərini yalnız baytarlıq mütəxəssisləri apara bilər;
- Xəstə və xəstəliyə şübhəli heyvanlar tədric edilərək baytar həkiminin nəzarəti altında müalicə edilməlidir;
- Pasterlyoza qeyri-sağlam ərazilərdə və təsərrüfatlarda baytarlıq mütəxəssislərinin iştirakı ilə planlı profilaktiki peyvəndləmə aparılmalıdır;
- Profilaktiki və məcburi dezinfeksiya işləri daimi aparılmalı və baytarlıq-sanitariyası qaydalarına ciddi əməl edilməlidir;
- Yemlərdən rasional istifadə etməklə və optimal bəslənmə-saxlanma şəraiti yaratmaqla heyvanların immuniteti gücləndirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır