Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
2023-08-28 00:00:00
Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.
Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb.
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə “Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festival çərçivəsində həmçinin kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü - 2023” keçirilib.
Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.
“Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.
Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.
Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.
Qeyd edək ki, Ağstafa rayonunda təşkil edilən festival Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sayca 20-ci tədbirdir.
Növbəti festival 31 avqust tarixində Qusar rayonunda keçiriləcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır